Avropa Birliyindən Temu haqqında ittiham
Avropa İttifaqı (Aİ) (və ya Avropa Birliyi (AB)) Çinin elektron ticarət şirkəti Temu-nu qanunsuz məhsullar ilə lazımi səviyyədə mübarizə aparmamaqda ittiham edib.
Marja.az xəbər verir ki, Aİ Komissiyası, Çində yerləşən "PDD Holdings" tərəfindən idarə olunan və endirimli məhsullar satan Temu platforması ilə bağlı apardığı araşdırmanın ilkin nəticələrini açıqlayıb və bu platformanın Rəqəmsal Xidmətlər Qanununu pozduğunu iddia edib.
Açıqlamada qeyd olunub ki, Temu-nun Avropa Birliyi qaydalarına uyğun olaraq qeyri-qanuni məhsulların yayılması ilə bağlı riskləri qiymətləndirmək öhdəliyini pozduğu aşkar edilib.
"Dəlillər göstərir ki, Avropa Birliyində istehlakçıların platformada qeyri-qanuni məhsullarla qarşılaşmaları riski yüksəkdir" - deyilən açıqlamada, Temu-nun 2024-cü ilin oktyabr tarixli risk qiymətləndirməsinin də qüsurlu olduğu vurğulanıb.
Açıqlamada Temu-nun qeyri-qanuni məhsulların yayılmasına qarşı kifayət qədər tədbir görmədiyi bildirilib.
Digər tərəfdən, AB Komissiyasının ilkin nəticələri təsdiqlənərsə, şirkət cərimə və əmrlərə məruz qalacaq.
Aİ-nin texnologiya qaydalarına əsasən, Avropada fəaliyyət göstərən böyük şirkətlər və rəqəmsal platformalar ciddi qaydalara əməl etməlidir. Aİ qaydaları pozan rəqəmsal platformalara böyük cərimələr tətbiq edə bilər.
Təkrar pozuntular halında, Aİ-də sözügedən rəqəmsal platformaların fəaliyyətinə xitam da verilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)










.jpg)








