Metronun genişləndirilməsi ilə bağlı tender elan ediləcək - MALLAR VƏ XİDMƏTLƏR ALINACAQ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Bakı metropoliteninin genişləndirilməsi istiqamətində tədbirlər planının icrasına başlanılır.
Bakı metropoliteninindən Marja-ya bildirilib ki, layihələrin birinci mərhələsi çərçivəsində “Dərnəgül” və “Xocəsən” elektrik depolarının inşasının tamamlanması xüsusi əhəmiyyət kəsb edir. Tədbirlərin icrasına texniki yardım ayrılması və dəstək verilməsi məqsədilə Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) tərəfindən kredit vəsaitinin ayrılması nəzərdə tutulub.
Ayrılacaq kredit vəsaitlərinin bir hissəsi malların satın alınmasına, görüləcək işlərə və bir sıra xidmətlərə sərf ediləcək. Qanunvericiliyin tələbinə uyğun olaraq, bununla əlaqədar beynəlxalq açıq tender üsulu ilə qalib müəyyən ediləcək və müvafiq müqavilə imzalanacaq.
Malların alınmasında, işlərin icrasında və xidmətlərin təqdim edilməsində maraqlı tərəflər, həmçinin əlavə məlumat əldə etmək istəyənlər “Bakı Metropoliteni” QSC-nin rəsmi internet saytında dərc edilmiş elanla (https://metro.gov.az/az/procurement/4424/baki-metropoliteninin-genislenmesi-layihesi-i-merhele) ətraflı tanış ola və əlaqə saxlaya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
4 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
8 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ



















.webp)









