Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Trendyol’’un məhdud sayda hazırladığı yeni Olimpiya geyim kolleksiyası satışda

Trendyol Milan-Kortina 2026 üçün hazırladığı Olimpiya geyim kolleksiyasını satışa çıxarıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Trendyol’’un məhdud sayda hazırladığı yeni Olimpiya geyim kolleksiyası satışda
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Trendyol tərəfindən dizayn edilən və istehsal olunan yeni geyim kolleksiyası Milan‑Kortina 2026 Qış Olimpiya Oyunları ərəfəsində satışa çıxarılıb.

Beynəlxalq Olimpiya Komitəsinin lisenziyası əsasında hazırlanan “Olimpiya Kolleksiyası” dünyanın müxtəlif ölkələrində yaşayan istehlakçılar üçün nəzərdə tutulub və aktuallığını heç vaxt itirməyəcək kolleksiya kimi yaradılıb.

“Trendyol”un məhdud sayda təqdim etdiyi Olimpiya Kolleksiyası özündə müasir dizaynlı geyim elementlərini və Olimpiya ruhundan ilhamlanan ikonik detalları birləşdirir. Kolleksiyaya "zip-up" gödəkçələri və kapüşonlu sviterlər, qadın və kişi idman şalvarları, taytlar, suya davamlı gödəkçələr və balaklavalar daxildir.

Rahatlıq və funksionallığa xüsusi diqqət yetirilərək dizayn edilən geyimlər gündəlik istifadəyə uyğundur. Məhsullar Türkiyənin yerli istehsalçıları ilə əməkdaşlıq çərçivəsində hazırlanıb və “Trendyol”un beynəlxalq bazarlar üçün nəzərdə tutulmuş kolleksiyalar yaratmaq sahəsindəki təcrübəsini əks etdirir. Kolleksiya Trendyol platformasında satışa çıxarılmaqla yanaşı, 2026-cı ildə Milan şəhərində açılan rəsmi olimpiya mağazalarında və İsveçrənin Lozanna şəhərindəki Olimpiya Muzeyində də təqdim olunacaq.

“İdman dünyasının ən nüfuzlu təşkilatlarından biri olan Beynəlxalq Olimpiya Komitəsi ilə iki ildir davam edən əməkdaşlığımız, “Trendyol”un yerli istehsalçılar və beynəlxalq bazarlar arasında əlaqə yaratmaq  missiyasında mühüm rol oynayır. Trendyol tərəfindən dizayn edilərək istehsal olunan Olimpiya Kolleksiyasının “Milan-Kortina 2026 Qış Olimpiya Oyunları” ərəfəsində  beynəlxalq platformalarımız vasitəsilə istifadəçilərin ixtiyarına verilməsindən çox məmnunuq”, - deyə ‘’Trendyol’’un beynəlxalq genişlənmə üzrə rəhbəri İrem Çağrı Yılandil bildirib.

Beynəlxalq onlayn ticarət platforması olan Trendyol Paris 2024 Yay Olimpiya Oyunlarından etibarən Beynəlxalq Olimpiya Komitəsinin rəsmi tərəfdaşıdır. Şirkət  Paris 2024 Olimpiya Oyunlarında da idmansevərlərə öz Olimpiya Kolleksiyasını təqdim edib.

BOK-un Qlobal Lisenziyalaşdırma Proqramı haqqında

Beynəlxalq Olimpiya Komitəsi ilə Trendyol arasında imzalanmış lisenziya müqaviləsi, BOK-un Qlobal Lisenziyalaşdırma Strategiyasının tərkib hissəsidir. Bu strategiyanın əsas məqsədi azarkeşləri təkcə Olimpiya Oyunları dövründə deyil, oyunlararası dövrlərdə də Olimpiya brendini tanıdan rəsmi məhsullar vasitəsilə bir araya gətirməkdir.

Olimpiya Kolleksiyası gənc və aktiv auditoriyanı geyim, oyuncaqlar, çantalar, dəftərxana və idman avadanlıqları kimi brend məhsullarla cəlb etməyi hədəfləyir. Bundan əlavə, Beynəlxalq Olimpiya Komitəsinin lisenziyalaşdırma proqramına baş tutacaq bütün Olimpiya və Paralimpiya Oyunları kolleksiyaları, həmçinin keçmiş oyunlardan ilhamlanan Olimpiya İrs Kolleksiyası daxildir. Bu kolleksiyalarda aksessuarlar, suvenirlər, fan geyimləri və geyim məhsulları təqdim olunur. Olimpiya lisenziyalaşdırma proqramları rəsmi lisenziyalı məhsullar, kolleksiya əşyaları və suvenirlərin satışı vasitəsilə azarkeşlərə Olimpiya Oyunları və dəyərləri ilə əlaqə yaratmaq imkanı verir.  

09.02.2026 15:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18