Nəqliyyat və Kommunikasiya Holdinqinə icraçı direktor təyin edildi - SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Ş.T.Babayevin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilməsi haqqında" Sərəncam imzalayıb.
Marja xəbər verir ki, Sərəncam ilə Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.
Bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan 1988-ci il təvəllüdlü Şahin Babayev Azərbaycan Dövlət İqtisad Universitetinin 2010-cu il məzunudur.
O, 2011-ci ildən Sumqayıt Texnologiyalar Parkında çalışıb. 2012-2021-ci illərdə "Azərkosmos"un Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyən Şahin Babayev 2023-cü ildə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin olunub.
2024-cü ildə Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilən gənc məmur Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















