Tramp Avropa Birliyinə 25 faiz gömrük rüsumu tətbiq edəcək
ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Avropa Birliyinə (AB) qarşı gömrük rüsumlarını açıqlayacaqlarını bəyan edərək, 25 faizlik tarif tətbiq etməyə qərar verdiklərini açıqlayıb. “Avropa Birliyi ABŞ-ı məhv etmək üçün yaradılıb”Donald Tramp Ağ Evdəki ilk kabinet iclasında gündəmdəki məsələlərə dair qiymətləndirmələr edib.
Marja xəbər verir ki, Kanada və Meksikaya tətbiq edilən tarifləri dayandırmayacağını deyən Tramp, Kanada və Meksika üzərindən ABŞ-a gələn fentanilə görə milyonlarla insanın öldüyünü iddia edib.
Həmçinin Tramp bildirib ki, Kanada və Meksika üzrə gömrük rüsumları (tariflər), eləcə də bütün digər tariflər aprelin 2-dən qüvvəyə minəcək.
“Avropa Birliyi ABŞ-ı məhv etmək üçün yaradılıb”
Avropa Birliyinə (AB) hansı səviyyədə gömrük rusumu tətbiq ediləcəyi ilə bağlı suala Tramp belə cavab verib: "Qərar verdik, bunu çox yaxında 25%-lik gömrük rüsumu açıqlayacağıq. Bu rüsum, avtomobillərə və digər mallara şamil ediləcək. Avropa Birliyi ABŞ-ı məhv etmək üçün yaradılıb, amma indi mən prezidentəm".
Tramp Avropa Birliyinin qisas almağa çalışa biləcəyini, lakin bunun uğurlu olmayacağını bildirib və bu halda artıq oradan mallar idxal etməyəcəklərini əlavə edib.
Tariflərin vaxtı çaşqınlıq yaradır
Trampın Kanada və Meksikaya tarifləri dayandırmayacağını bildirməsi, eyni zamanda o, onların aprelin 2-də qüvvəyə minəcəyini söyləməsi çaşqınlıq yaradıb.
ABŞ prezidenti fevralın 1-də imzaladığı sərəncamla Kanada və Meksikadan idxala 25 faiz rüsum tətbiq edib. Rüsumun fevralın 4-dən qüvvəyə minəcəyi gözlənilirdi. Tramp, tariflərin qüvvəyə minməsindən bir gün əvvəl sərhəd təhlükəsizliyinin artırılması müqabilində Kanada və Meksikaya tariflərin 30 günlük təxirə salınacağını açıqlayıb.
ABŞ prezidenti Tramp daha əvvəl bəzi sektorlar üçün ikitərəfli tariflər və gömrük rüsumlarının tətbiq olunacağı tarix kimi aprelin 2-nə işarə etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





