Pakistanın baş naziri ilə geniş tərkibdə görüş olub
Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü olub.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
-Əziz qardaşım, cənab Baş nazir, nümayəndə heyətinin hörmətli üzvləri Azərbaycana xoş gəlmisiniz.
Hazırda dövlət səfərinə gəlmiş əziz qardaşımı ölkəmizdə qəbul etməkdən çox məmnunam. Ötən il Pakistana dövlət səfərimdən, mənə və nümayəndə heyətimə göstərilmiş qonaqpərvərlikdən xoş xatirələrim var. Biz buna görə çox minnətdarıq.
Bu gün cənab Baş nazirlə görüşüm əsnasında ikitərəfli gündəliyin əsas hissəsini artıq nəzərdən keçirdik və hazırda söhbət nümayəndə heyətləri ilə davam edir.
Əminəm ki, səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək. Biz beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Bu gün çox geniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza, eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirə etdik. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə artıq öz heyətlərimizə fəal çalışmaq təlimatlarını verdik. Mənim Pakistana dövlət səfərim zamanı rəsmən bəyan etdim ki, Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır.
Biz təxminən bu yaxınlarda həmin layihələrin siyahısını artıq almışıq və heyətlərimiz onları dəyərləndirir. Beləliklə, hər bir məsələni yekunlaşdırmaq və bizə hesabat vermək üçün qardaşımla birgə bir ay müddət veririk. Münasibətlərimiz nəinki xalqlarımız, o cümlədən təmsil etdiyimiz regionlar üçün həqiqətən vacibdir. Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir. Biz beynəlxalq təsisatlarda hər zaman bir-birimizi dəstəkləyirik, ölkələrimizin ərazi bütövlüyünə, suverenliyinə güclü dəstək veririk və qeyd etdiyim kimi, qarşımızda çox geniş sərmayə gündəliyi dayanır. Əminəm ki, bu gün əhatə edəcəyimiz bütün məsələlər, eləcə də bir çox digər sahələr üzrə işimiz Biznes Forumunda davam edəcək və aramızda daha sıx tərəfdaşlıq olacaq. Biz iqtisadi tərəfdaşlığımızı siyasi sahədəki səviyyəyə çatdırmalıyıq və bu, qarşılıqlı siyasi iradənin aydın təzahürünə çevriləcək.
Əziz qardaşım, bir daha xoş gəlmisiniz və Sizə Bakıda xoş səfər arzu edirəm.
X X X
Sonra Pakistanın Baş naziri çıxış etdi.
Baş nazir Məhəmməd Şahbaz Şərifin çıxışı
-Əziz qardaşım, Prezident İlham Əliyev, təşəkkür edirəm. Administrasiyanızın hörmətli üzvlərinə və nümayəndə heyətimin üzvlərinə minnətdaram. Məni çox səmimiyyətlə dəvət etdiyinizə görə Sizə çox sağ olun deyirəm.
Burada - hər zaman yaşıl və gözəl Bakı şəhərindəyik. Lakin bu gün şəhər qar örtüyünə bürünüb və hətta daha gözəl görünür. Bu gözəllik mənə çox nəzakətli töhfənizi – İslamabadda yaşıllıq ekspertlərindən ibarət heyətinizi xatırladır. Onlar İslamabadın abadlaşdırılmasında əla iş görüblər və Əlhəmdüllah, şəhərimiz də gözəldir. Bununla belə, heyətinizin yanaşması çox əladır və bu jestə görə Sizə təşəkkürümü bildirirəm.
Zati-aliləri, Sizin Pakistana son səfəriniz ikitərəfli əlaqələrimizi çox böyük dərəcədə gücləndirdi. Pakistan xalqı səfəriniz zamanı çox sevindi və məmnun oldu. Düşünürəm ki, Azərbaycan və Pakistan xalqlarının ürəyi bir döyünür. Mən bunu tam səmimi-qəlbdən söyləyirəm. Siz hər zaman Pakistanın böyük dostu olmusunuz. Siz Pakistan xalqını sevirsiniz.
Eyni zamanda, Pakistanın bütün hökumətlərini, ölkəmizin bütün siyasi partiyalarını ortaq məqsəd birləşdirir: bu, bizim Azərbaycanla, Sizinlə və Azərbaycan xalqı ilə olan dostluğumuz və qardaşlığımızdır. Mən çox istərdim ki, sabah Şuşaya səfər edim, lakin, bildiyiniz kimi, kəskin hava şəraiti var. Mən bu ilin iyulunda keçiriləcək konfransa gələn zaman həmin yerlərə məmnunluqla səfər edərdim. O vaxt biz həmin əsrarəngiz məkanları görə bilərik.
Zati-aliləri, bu səhər keçirilmiş təkbətək görüşümüzdə bizim çox yaxşı və məhsuldar müzakirəmiz oldu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
- 6 d. əvvəl
-
16 d. əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
32 d. əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
41 d. əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
42 d. əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
-
55 d. əvvəl
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
-
1 saat əvvəl
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
-
1 saat əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
1 saat əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Ən çox oxunanlar
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb


























