Mərkəzi Bankdan banklar ilə bağlı yeni qərar
Mərkəzi Bank kreditləşməni yavaşlatmaq üçün tələbini sərtləşdirdi.Mərkəzi Bankın İdarə Heyəti bankların məcmu və 1-ci dərəcəli kapitalı üzərində 0.5% həddində əlavə kontr-tsiklik kapital buferi təyin edilməsi və bu normativin 01 mart 2025-ci il tarixindən sonra tətbiqinə başlanması ilə bağlı qərar qəbul edib.
Bu barədə Mərkəzi Bankın yaydığı məlumatyda bildirilir.
Qeyd edilib ki, kontr-tsiklik buferin aktivləşdirilməsi qərarı müvafiq Qaydalara uyğun olaraq əsasən kredit “gap”i göstəricisinin 2%-i üstələməsi nəzərə alınaraq qəbul olunub. Əlavə olaraq, bank sektorunda müşahidə edilən yüksək kreditləşmə dinamikası, bankların mənfəətliliyi və maliyyə dayanıqlılığı göstəriciləri də buferin tətbiqini şərtləndirən amillər sırasındadır.
2024-cü ilin noyabr ayının sonuna olan məlumatlara əsasən kredit portfelinin illik artımı 19.6% təşkil etmişdir ki, bu da nominal qeyri-neft-qaz ÜDM-in artımını 2 dəfəyədək üstələyir. Fəaliyyətdə olan 22 bankın 19-də kredit portfeli artıb, o cümlədən 14-də isə kredit portfelinin illik artımı nominal qeyri-neft-qaz ÜDM-in artımını üstələyib.
Müvafiq qaydalara əsasən kontr-tsiklik buferin aktivləşdirilməsi üçün əsas göstərici kimi cəmi kredit portfelinin ÜDM-ə nisbətinin uzunmüddətli trendi və cari göstəricisi arasındakı fərq (kredit “gap”i) istifadə olunur. Son qiymətləndirmələrə görə bu göstərici 2.9% təşkil edərək kontr-tsiklik buferin aktivləşdirilməsini aktuallaşdırıb.
Bank sektorunun yüksək mənfəətliyi və kapitallaşma səviyyəsi də kontr-tsiklik buferin tətbiqini dəstəkləyən amillər kimi çıxış edib. 2024-cü ilin 11 ayında banklar 966 mln. manat xalis mənfəət əldə etmiş, sektorun kapital rentabelliyi (ROE) göstəricisi isə 18.4% təşkil edib. Dövr ərzində sektorun məcmu kapitalının həcmi 6 mlrd. manatı ötüb, məcmu kapital adekvatlılığı isə 17.5% olub. Bu şəraitdə banklar 2023-cü il ərzində 456 mln. manat, 2024-cü ildə isə 610 mln. manat dividend ödənişi həyata keçirib.
"Kontr-tsiklik buferin aktivləşdirilməsi Bazel Komitəsinin tövsiyələrinə uyğun olaraq bank sektorunun dayanıqlılığını artırmaq və maliyyə sabitliyini dəstəkləmək məqsədi daşıyır. Bu makro-prudensial alətin tətbiqi bank sektorunun mümkün şoklara qarşı dayanıqlılığını artırmaqla yanaşı onun kreditləşmə fəaliyyətinin fasiləsizliyinə imkan verəcəkdir.", - məlumatda deyilir.
Qeyd edilib ki, hesablamalara əsasən, kontr-tsiklik buferin tətbiqindən sonra sektorun risk üzrə ölçülmüş potensial aktivlərinin həcmi 18.7 mlrd. manat səviyyəsində qiymətləndirilir:
"Bu onu göstərir ki, yeni qərardan sonra da bank sektorunun kredit portfelinin əhəmiyyətli genişlənmə potensialı qalır. Həmçinin buferin iki aydan sonra tətbiqinə başlanması onun növbəti dövrlərdə banklarda strateji planlaşdırma və büdcə proseslərində, habelə kapitallaşma və dividend siyasətlərində nəzərə alınmasına imkan yaradır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





























