"Günlük 900-1100 cüt ayaqqabı istehsal edirik"
Ağdam Sənaye Parkında yerləşən “BAFCO İnvest” MMC-nin ayaqqabı istehsalı fabrikində 2024-cü il aprelin 1-dən müxtəlif təyinatlı ayaqqabıların və poliuretan çəkmələrin istehsalına başlanılıb. Hazırda fabrikdə günlük 900-1100 cüt məhsul istehsal olunur.
Bunu müsahibəsində “BAFCO İnvest” MMC-nin direktoru Elnur Allahverdiyev deyib.
Elnur Allahverdiyev bildirib ki, fabrikə ümumi 12 milyon manat sərmayə qoyulub. Bütün avadanlıqlar Almaniyanın “Desma” markasına məxsusdur. Fabrikin istehsal gücü xüsusi təyinatlı ayaqqabılar üzrə ildə 360 min cüt, poliuretan çəkmələr üzrə isə ildə 150 min cütdür.
Fabrikdə hazırda 70 nəfər işçi çalışır ki, onlardan 50 nəfəri Ağdam və ətraf rayonlardandır. Bu yaxınlarda ikinövbəli iş rejiminə keçilib. 2025-ci ilin ortalarına işçi sayının 100 nəfərə çatdırılmasını planlaşdırılır.
MMC-nin direktoru qeyd edib ki, müəssisə 2024-cü ilin noyabr ayında EN İSO uyğunluq sertifikatına layiq görülüb. Bu sertifikat fabrikin məhsullarının Avropa və dünyanın digər bazarlarına ixracına imkan yaradır: “2024-cü ildə yalnız Azərbaycan bazarı üçün məhsullar istehsal edib satmışıq. Sertifikat əldə olunduğuna görə biz artıq MDB ölkələrinə və Avropa bazarına da çıxacağıq. MDB ölkələrindən məhsullarımıza böyük maraq var. Avropa ölkələrindən isə İspaniya, İtaliya, Çexiya və Almaniya ilə danışıqlar aparılır, artıq onlara nümunələr göndərilib”.
Qeyd edək ki, “BAFCO İnvest” MMC 2023-cü ilin mart ayında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da fabrikin açılışında iştirak edib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























