“Pul siyasəti icmalı” yenilənmiş məzmunda ictimaiyyətin diqqətinə çatdırılır
Məlum olduğu kimi, Mərkəzi Bank tərəfindən rüblük əsasda “Pul siyasəti icmalı” hazırlanaraq Bankın rəsmi internet səhifəsində yerləşdirilir.
İcmal vasitəsilə Mərkəzi Bankın cari makroiqtisadi vəziyyət barədə təhlilləri, həyata keçirilən pul siyasətinin rolu və onun təsirləri geniş oxucu kütləsinin diqqətinə çatdırılır. İcmalın hədəf auditoriyası geniş ictimaiyyəti, akademik dairələri, medianı, müstəqil ekspertləri, jurnalistləri, tələbələri və digər maraqlı tərəfləri əhatə edir. Bu sahədə beynəlxalq təcrübə daim araşdırılır, icmalın strukturunda və məzmununda təkmilləşdirmə işləri aparılır.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, 2024-cü il üzrə son hesabat dövründən başlayaraq qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla “Pul siyasəti icmalı”nın strukturunda və məzmununda bir sıra yeniliklər edilib. Dəyişikliklər əsasən makroiqtisadi proqnozlar bölməsinin əlavə olunmasını və monetar sferada gedən proseslərin daha ətraflı təhlilini əhatə edir. Belə ki, icmalda Mərkəzi Bankın inflyasiya və iqtisadi artım üzrə son proqnozları öz əksini tapıb. Bundan başqa, icmalda monetar şəraitin əvvəlki icmalla müqayisədə daha ətraflı təhlili verilib, həmçinin pul bazarı, depozit və kredit bazarı bölmələri əlavə edilib. Pul bazarı bölməsində pul bazarındakı faizlərin dinamikası, eləcə də pul bazarının aktivlik göstəriciləri öz əksini tapıb.
Mərkəzi Bank tərəfindən “Pul siyasəti icmalı”nın təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcəkdir.
Pul Siyasəti İcmalının tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: İcmal
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





























