Bank Qarabağda ilk filialını açdı!
“Bank Respublika”nın Füzuli filialı fəaliyyətə başladı2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri qətiyyətli əks-hücum əməliyyatlarına başlayaraq yeni bir tarix yazdı. Bu Qələbə Ali Baş Komandan Prezident İlham Əliyevin düşünülmüş siyasəti və möhkəm iradəsinin, Müzəffər Ordumuzun şücayəti, eləcə də xalqımızın onun ətrafında dəmir yumruq kimi birləşməsinin nəticəsi idi.
Ölkənin aparıcı banklarından biri kimi Bank Respublika da, azad edilən torpaqlarımızda iqtisadi inkişafa öz töhfəsini vermək məqsədilə, “8 noyabr – Zəfər Günü” ərəfəsində yenidən bərpa olunmuş Füzuli şəhərində filialını istifadəyə verdi.
Əlamətdar haldır ki, Füzuli filialının açılışını bildirən rəmzi qırmızı lent məhz “Bank Respublika”nın “Füzulinin azad olunmasına görə" medalı ilə təltif olumuş əməkdaşları tərəfindən kəsilərək müştərilərin istifadəsinə verilmişdir.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsinin müavini Eldar Seyidov ölkənin aparıcı bankından biri olan “Bank Respublika”nın Füzulidə filial açmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və filialın kollektivinə işlərində uğurlar arzulayıb.
Geniş ərazidə yerləşən və müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filialda müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Qeyd edilib ki, Bankın strateji inkişaf proqramında işğaldan azad olunmuş torpaqlarımızın bərpası və dirçəlməsi məqsədilə gələcəkdə yeni filialların aparılması planlanır.
“Bank Respublika”nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 36 filialı və 2 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq daha bir neçə yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























