Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən həftənin son ticarət günündə Amerikada proqnozların çox üzərində açıqlanan əmək bazarı, xüsusilə də “NFP” hesabatı fonunda dollar major valyutalar qarşısında kəskin bahalaşdı.
Həmçinin, Avrozonada və Almaniyada azalan inflyasiya, eləcə də, həm sənaye, həm də xidmət sekrotlarında zəifləyən Biznes Aktivliyi İndeksi göstəricilərinin dərcindən sonra EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.0950 və 1.3070 hədlərinə kimi kəskin ucuzlaşdı.
Keçən həftə ərzində 141.640 yen həddinə qədər ucuzlaşan USD/JPY məzənnəsi də, cümə günü Amerikada artımla açıqlanan əmək bazarı göstəricilərindən sonra kəskin bahalaşdı və həftəlik şamını 148.660 yen səviyyəsində bağladı.
Bu həftə ərzində, bütün diqqətlər çərşənbə günü Federal Ehtiyyatlar Sistemi Federal Açıq Bazar Komitəsinin (FOMC) son toplantısının dərc olunacaq protokollarına, cümə günü Amerikada açıqlanacaq istehlak və istehsal qiymətlərində inflyasiya göstəricilərinə (CPİ, PPİ) yönələcək.
Bundan başqa, İngiltərədə açıqlanacaq ÜDM-in həcmi, Almaniyada İstehlak Qiymətləri İndeksi, Ticarət Saldosu və Yeni Zellandiya Mərkəzi Bankının faiz qərarı kimi mühim iqtisadi göstəricilər bu həftənin iqtisadi təqvimində yer alır.
EUR
Cari həftə ərzində Almaniyada CPİ, Ticarət Saldosu göstəriciləri avronun dünya birjalarındakı qiymətlərinə yön verə bilər.
Ötən həftəyə 1.1150 səviyyəsində start verən EUR/USD məzənnəsi bahalaşaraq 1.1210 həddini test etsə də, Amerikada proqnozların üzərində açıqlanan əmək bazarı göstəriciləri fonunda kəskin ucuzlaşdı və həftəlik şamını 1.0970 həddində bağladı.
“Buğalar” qiyməti 1.10$ həddinin üzərinə qaytara və bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası bərpa edilə bilər.
GBP
Keçən həftəyə 1.3360 səviyyəsində başlayan GBP/USD məzənnəsi 1.3420 həddinə kimi bahalaşsa da, həftənin son ticarət günündə ucuzlaşdı və həftəlik şamını 1.3110 səviyyəsində tamamladı.
Cari həftə ərzində İngiltərədə dərc olunacaq ÜDM-in və sənaye istehsalınının həcmi, eləcə də, Ticarət Saldosu gösətəriciləri funt-sterlinqin dünya birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.
“Buğalar” qiyməti 1.32$ həddinin üzərinə qaytara və bu həddin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
OİLUK
Ötən həftəyə 72.50$ səviyyəsində başlayan “Brent” nefti (OİLUK) həftə ərzində 70.66$-a kimi ucuzlaşsa da, Yaxşın Şərqdə gərginliyin artması, İran və İsrail arasında hərbi ritorikanın yüksələn xəttlə davam etməsi fonunda “qaraq qızıl” 79.90$-a kimi bahalaşdı.
Həftəlik şamını 78.70$-da bağlayan OİLUK-də “buğalar” qiyməti 80$-ın üzərinə yüksəldə və burada saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
XAU/USD
Keçən həftəyə 2660$ həddində start verən qızıl 2625$-a kimi ucuzlaşsa da, artan geosiyasi risklər səbəbilə “güvənli liman” missiyasını davam etdirdi. Həftə ərzində 2673$-a kimi bahalaşan “sarı metal” həftənlik şamını 2653.60$ səviyyəsində bağladı.
“Buğalar” qiyməti 2650$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 6 saat əvvəl
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
9 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
9 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















