Qlobal bazarlara son vəziyyət - GÜNƏ BAXIŞ
Cümə axşamı ABŞ-da avqust ayı üzrə Xidmət Sektorunda Biznes Aktivliyi İndeksinin 55 bənd səviyyəsindən 55.7 bənd səviyyəsinə qədər yüksəldiyi açıqlanıb.
Həmçinin, “Automatic Data Processing” (ADP) analitik şirkətinin press-relizinə əsasən, avqust ayında ölkənin Özəl Sektorda Yeni Yaranan İşyerlərinin sayı 99 min artıb. Dərc olunmuş məlumatlar fonunda dollar bir qədər mövqelərini qaytarsa da, növbəti saatlar ərzində ucuzlaşmağa davam edib.
“OPEC+” neft hasilatının artırılmasını təxirə salmaq barədə razılığa gəldiklərini və lazım gələrsə, müddətin bir qədər də uzadıla biləcəyini, hətta, əlavə ixtisarlara gedilə biləcəyini açıqlamasından sonra beynəlxalq birjalarda neft qiymətləri üfüqi dalğalanmağa başladı, lakin, bir necə saatdan sonra kəskin ucuzlaşdı. “Brent” markalı neftin spot qiyməti 73.6$, “WTI” markalı neftin isə 69.8$ təşkil edir.
Bugün ABŞ-da Bakı vaxtı ilə saat 16:30-da dərc olunacaq Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) göstəricisi investorların diqqət mərkəzində olacaq əsas hadisədir. Analitiklər iyul ayında 144 min yeni işyerinin formalaşmasından sonra, avqust ayında göstəricinin 164 min artacağı proqnozlaşdırırlar.
Eləcə də, Almaniyada açıqlanacaq Ticarət Saldosu və Sənaye Sektorunda İstehsal Həcmi, Avrozonada dərc olunacaq ÜDM və ABŞ-da açıqlanacaq İşsizlik Səviyyəsi və Orta Saatlıq Əmək Haqqı göstəriciləri birjalarda volatilliyin artmasına səbəb ola biləcək xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
30 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 37 d. əvvəl
- 39 d. əvvəl
-
48 d. əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























