Təkrar əkin qarğıdalı və şəkər çuğundurunun sığortası davam edir
Aqrar Sığorta Fondu artan aqrar riskləri nəzərə alaraq fermerləri gəlirlərini təminat altına almağa çağırır
Aqrar Sığorta Fondundan bildirilib ki, Azərbaycanda iqlim şərtlərinin yüksək məhsuldarlığa imkan verdiyi dənli bitkilərdən biri qarğıdalıdır. İldə iki dəfə məhsul verən bu bitkinin ölkəmizdə dənlik və yemlik-silosluq növü yetişdirilir. Ümumilikdə 28,6 min hektar ərazidə yerləşən dənlik qarğıdalı əkinlərinin 13,8 min hektarı, yəni 48 %-i Şəki-Zaqatala bölgəsinin payına düşür. 2023-cü ildə ölkəmizdə 189 min ton dənlik qarğıdalı yığılıb. Təkrar əkində əldə edilən məhsul isə 104 min ton olub. Qarğıdalı əkinlərində orta məhsuldarlıq hektara 66 sentner təşkil edir.
Yağ, un, konserv, şəkər, heyvan və quş yemi, hətta dərman vasitəsi kimi istifadə olunan qarğıdalı bitkisinin məhsuldarlığına və keyfiyyətinə çoxsaylı risklər təsir edir.
Xüsusilə son illər müşahidə olunan intensiv yağışlar, sel-subasma, güclü küləklər iqlim şərtlərinə həssas olan qarğıdalı əkinlərinə ciddi zərər vurur. Fermerlər qarğıdalı sahələrini Aqrar Sığorta Fondu vasitəsilə sığorta edə bilərlər. Sığorta haqqında 50%-lik dövlət dəstəyi sayəsində fermerlər cüzi məbləğ ödəməklə əkinlərini sığorta edə bilərlər.
Məsələn, qarğıdalının ən çox əkildiyi Şəki-Zaqatala regionunda 1000 manatlıq qarğıdalı məhsulunun sığortası 33,6 manatdır. Fermer bu məbləğin yarısını – təxminən 17 manatını ödəməklə öz məhsulunu çoxsaylı risklərdən sığortalaya bilir. Şirvan-Salyan regionunda bu məbləğ daha aşağıdır - 1000 manatlıq qarğıdalını sığortalamaq fermerə cəmi 7 manata başa gəlir.
Qeyd edək ki, Aqrar Sığorta Fondu tərəfindən fermerlər arasında ən böyük sığorta ödənişi də məhz qarğıdalı əkinlərinə dəyən zərərə görə olub. 2023-cü ildə Zaqatalanın Qazma kəndində qarğıdalı sahəsinə dolunun vurduğu zərərə görə fermerə 88 min manat ödəniş edilib.
2024-cü ildə də Aqrar Sığorta Fonduna müraciətlər arasında qarğıdalı sahələrinə üzrə zərərlər üstünlük təşkil edir.
Fermerlər təkrar qarğıdalı əkinlərinin sığortası üçün avqust ayının sonuna qədər Aqrar Sığorta Fonduna müraciət edərək sərfəli şərtlərlə öz məhsullarını sığortalaya bilərlər.
Avqust ayında sığortası davam edən digər məhsul şəkər çuğundurudur. Azərbaycanda şəkər istehsalında istifadə olunan yeganə bitki olan şəkər çuğunduru 4 534 hektar ərazilə əkilir. Çuğundur sahələrinin böyük hissəsi Qazax-Tovuz və Şirvan-Salyan bölgəsindədir. Rəsmi statistikaya görə keçən il ölkəmizdə 216 min ton şəkər çuğunduru yığılıb. Respublika üzrə orta məhsuldarlıq hər hektardan 482 sentner, bəzi rayonlarda 500-580 sentnerdir.
Şəkər çuğunduru sahələrinin dörddə biri (1099 ha), ümumi məhsulun isə 35 %-i (74 min ton) Tovuz rayonunun payına düşür. Hacıqabul, Şəmkir, Füzuli, Yevlax, Şamaxı, Biləsuvar, Ağstafa da şəkər çuğunduru istehsalına görə fərqlənir.
Şəkər çuğunduru əkini ilə məşğul olan fermerlər öz məhsullarını qeyri-sabit hava şəraitindən və digər risklərdən qorumaq üçün avqust ayının sonuna qədər Aqrar Sığorta Fonduna müraciət edə bilərlər.
Belə ki, Qazax-Tovuz regionunda 1000 manatlıq şəkər çuğundurunun sığortası 70 manat təşkil edir, fermerlər bu məbləğin yarısını - 35 manatını ödəməklə məhsulu sığortalaya bilirlər. Hacıqabul rayonunda isə 1000 manatlıq şəkər çuğundurunun sığorta haqqı 22,8 manatdır, fermerlər 50%-lik dövlət güzəştindən istifadə etməklə, bu məbləğin yarısını – təxminən 11 manatını ödəyərək məhsulunu sığortalaya bilir, məbləğin qalan hissəsi dövlət tərəfindən qarşılanır.
Fondun www.asf.gov.az rəsmi vebsaytında Sığorta kalkulyatorları bölməsində sığortalamaq istədikləri məhsulu, rayonu seçib orta məhsuldarlığa əsasən ödəniləcək məbləği də hesablamaq mümkündür.
Aqrar Sığorta Fondu son illər artan iqlim dəyşikliklərini, sel-subasma hallarını, aqrar riskləri nəzərə alaraq fermerlərə öz təsərrüfatlarını vaxtında sığortalamağı və dövlətin yaratdığı imkanından istifadə etməyi tövsiyə edir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
21 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
44 d. əvvəl
Ramada brendinin Gəncədəki yeganə oteli fəaliyyətini yenidən bərpa edir
-
1 saat əvvəl
Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib
-
2 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
2025-ci ilin ilk yarısı: zəifləyən qeyri-neft sektoru hansı siqnalları verir?
- 4 saat əvvəl
Son Xəbərlər

Sentyabrın 19-da gözlənilən hava şəraiti

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Fed-in faiz endirimi və bazarlara təsiri: Analitik baxışı

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Azərbaycan neftinin son qiyməti

Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?
