Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) toplantı protokollarının dərc olunması ərəfəsində dolların major valyutalar qarşısında mövqeləri möhkəmləndi. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.03% artaraq 101.47 bənd təşkil edir. EUR/USD, GBP/USD və USD/JPY valyuta cütlükləri müvafiq olaraq 1.1118, 1.3023 və 145.600 səviyyələrində ticarət olunurlar.
İnvestorlar çərşənbə günü dərc olunacaq FED-in son iclasının protokollarını diqqətlə izləyəcəklər. Həmçinin 17-18 sentyabr tarixlərində növbəti toplantının keçirilməsi planlaşdırılır. Verilən məlumatlara əsasən, analitiklərin 67.5%-i tənzimləyici qurumun uçot faiz dərəcəsini 5-5.25%-ə endirəcəyini proqnoz edirlər.
Treyderlər, eləcə də, ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavelin bu həftə Vayominqdə mərkəzi bank rəhbərlərinin “Jackson Hole” Simpoziumunda çıxışını maraqla gözləyirlər. Ekspertlər tənzimləyici qurumun monetar siyasətinin gələcək istiqaməti haqqında ipucu əldə etməyə ümid edirlər.
Ötən gün açıqlanan məlumatlara əsasən, Avrozonada illik inflyasiya iyun ayı ilə müqayisədə iyul ayında 2.5%-dən 2.6%-ə qədər yüksəlib.
Bugün ABŞ-da neft ehtiyatları ilə bağlı göstəricilər dərc olunacaq. Analitiklər hesab edirlər ki, Amerikada kommersiya məqsədli neft ehtiyatları (strateji ehtiyat istisna olmaqla) avqustun 16-da bitən həftədə 2.8 milyon barrel azalaraq 427.9 milyona qədər enib. Müvafiq məlumatlar çərşənbə günü, avqustun 21-də, Bakı vaxtı ilə saat 18:30-da ölkənin Energetika Nazirliyinin Enerji İnformasiya Departamentinin həftəlik icmalında dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)





