Qlobal bazarlarda son vəziyyət
Bugün Avrozonada İstehlak Qiymətləri İndeksinin dərc olunması ərəfəsində dollar avro qarşısında bir qədər bahalaşır. Ötən gün ərzində 1.1087 həddinə qədər bahalaşan EUR/USD valyuta cütlüyü, bugün 1.1074 səviyyəsində ticarət olunur. GBP/USD və USD/JPY valyuta cütlükləri müvafiq olaraq 1.2977 və 147.200 səviyyələrində qərarlaşıblar. Dollar indeksi 102.00 bənd səviyyəsindədir.
Bazar ertəsi, avqustun 19-da qızılın fyuçers qiymətləri bir unsiya üçün 2550$ səviyyəsinə yaxınlaşıb. Çikaqo Ticarət Birjasında (CME) dekabr ayı üzrə qızıl fyuçersləri qiyməti zirvəsində bir unsiya üçün 2549.9$-a qədər yüksəlib. Qızılın spot qiyməti isə tarixi maksimum olar 2509$ səviyyəsini test edib. Hal-hazırda dəyərli metal 2502$ səviyyəsində ticarət olunur. Qeyd etmək lazımdır ki, ilin əvvəlindən qızıl 20%-dən çox bahalaşıb. Bu dinamikaya mərkəzi bankların tələbi də kömək edib.
Çərşənbə axşamı səhər beynəlxalq birjalarda neftin qiyməti enir: Çində “qara qızıl”-a olan tələb ilə bağlı narahatlığın ardınca treyderlər Yaxın Şərqdə münaqişənin deeskalasiyasının mümkünlüyünü qiymətləndirirlər. “Brent” markalı neftin oktyabr ayı üzrə fyuçerslərinin qiyməti 0.8% ucuzlaşaraq bir barrel üçün 77.04$-a, “WTI” markalı neftin oktyabr ayı üzrə fyuçerslərinin qiyməti isə 0.75% ucuzlaşaraq 73.09$-a enib.
Bugün Avrozonada inflyasiyaya dair dərc olunacaq göstəricilər investorların diqqət mərkəzində olacaq əsas hadisələrdən biridir. Analitiklər hesab edirlər ki, Avrozonada illik inflyasiya, yekun hesablamaya görə, iyul ayında 2.5%-dən 2.6%-ə qədər artıb. Rəsmi məlumatlar avqustun 20-də, Bakı vaxtı ilə saat 13:00-da “Eurostat” statistika agentliyi tərəfindən dərc ediləcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)











.jpg)




