Qlobal bazarlarda son vəziyyət
Çərşənbə günü səhər Avrozonada ÜDM və Sənaye Sektorunda İstehsal Həcminə dair göstəricilərin dərc olunmasının ərəfəsində dollar major valyutalar qarşısında bir qədər ucuzlaşıb. Ötən gün 1.0926 səviyyəsində ticarət olunan EUR/USD valyuta cütlüyü gün sonunda 1.0999 səviyyəsinə qədər yüksəlib. Həmçinin GBP/USD cütlüyü də dünən 1.2759 səviyyəsindən 1.2872 səviyyəsinə qədər bahalaşıb. Dollar indeksi isə 0.08% artaraq 102.64 bənd təşkil edir.
Dünən açıqlanan məlumatlara əsasən, Böyük Britaniyada işsizlik səviyyəsi aprel-iyun aylarında mart-may ayları ilə müqayisədə 4.4% səviyyəsindən 4.2% səviyyəsinə qədər enib. Analitiklər, əksinə, 4.5%-ə qədər artım proqnozlaşdırmışdılar. Eləcə də, Avropa İqtisadi Araşdırmalar Mərkəzinin (ZEW) hesabatına əsasən, Almaniyada İqtisadi İnkişaf Proqnozu İndeksi avqust ayında 41.8 bənddən 19.2 bəndədək azalıb.
Həmçinin çərşənbə günü Yeni Zelandiya Ehtiyat Bankı faiz qərarını açıqlayıb. Mərkəzi bank uçot faiz dərəcəsini 5.5% səviyyəsindən 5.25% səviyyəsinə qədər endirmək qərarına gəlib.
Bugün Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) ölkədə istehlak qiymətlərinin dinamikası haqqında məlumatları dərc edəcək. Ekspertlər iyul ayında illik inflyasiyanın 2%-dən 2.3%-ə qədər sürətləndiyini proqnozlaşdırırlar.
Bakı vaxtı ilə saat 13:00-da Avropa statistika agentliyi “Eurostat” ikinci rübdə Avrozonanın ÜDM dinamikasının yekun qiymətləndirməsini dərc edəcək. Ekspertlər ÜDM-in illik ifadədə 0.6%, rüblük ifadədə isə 0.3% artdığını ehtimal edirlər.
Eyni zamanda, “Eurostat” tərəfindən dərc ediləcək Avrozona ölkələrində Sənaye Sektorunda İstehsal Həcminə dair statistik məlumatlar investorların diqqət mərkəzində olacaq hadisələrdən biridir. Belə ki, analitiklərin proqnozlarına əsasən, iyun ayında birliyə daxil olan ölkələrdə ümumi sənaye istehsalının həcmi illik ifadədə 2.9% azalıb. Aylıq ifadədə isə 0.5% artım proqnoz olunur.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
14 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
20 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























