Pakistan Mərkəzi Bankı uçot dərəcəsini 20,5%-ə endirib
Tənzimləyicinin məlumatına görə, qərar ölkədə inflyasiyanın yavaşlaması ilə əlaqədar qəbul edilib.Pakistan Dövlət Bankının (Mərkəzi Bank) Pul Siyasəti Komitəsi əsas faiz dərəcəsini 1,50 faiz bəndi azaldaraq 20,5%-ə endirib.
Marja.az xəbər verir ki, qərar may ayında 11,8% təşkil etməklə son 30 aylıq minimuma düşən inflyasiyanın yavaşlaması səbəbindən qəbul edilib.
“May ayında inflyasiyanın azalması gözlənildiyindən daha yaxşı olub, əsas inflyasiya təzyiqləri də fiskal konsolidasiya ilə dəstəklənən sərt pul siyasəti fonunda azalır”, - deyə Mərkəzi Bank bildirib.
Eyni zamanda, Mərkəzi Bank, enerji qiymətlərində qeyri-müəyyənliklə bağlı olaraq inflyasiyanın bəzi risklərinin qaldığını qeyd edib. Mərkəzi Bankın məlumatına görə, real milli ÜDM artımı 2,4% səviyyəsində mülayim olaraq qalır. Cari əməliyyatlar hesabı kəsirinin azalması ölkənin valyuta ehtiyatlarını təxminən 9 milyard dollara çatdırmağa kömək edib.
Pakistan Dövlət Bankı inflyasiyanı ortamüddətli hədəf səviyyəsinə (5-7%) endirməyi nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
-
12 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 15 d. əvvəl
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)
.jpg)










.jpg)





