Azərbaycanın özəl neft-qaz şirkətində yeni təyinat
İsmayıl Dadaşov 1 fevral 2024-cü il tarixindən etibarən GL şirkətinin Baş icraçı direktorunun tabeliyində Aparat rəhbəri vəzifəsinə təyin edilir.
Bu barədə Marja.az-a şirkətdən bildirilib.
Qeyd edilib ki, bundan əvvəl İsmayıl Dadaşov “Taghiyev Operating Company” şirkətində Xarici əlaqələr və kommunikasiya üzrə menecer vəzifəsində çalışdığı müddətdə şirkətin xarici əlaqələlərinin və kommunikasiyasının genişləndirilməsində mühüm rol oynamışdır.
“Taghiyev Operating Company” şirkətindəki fəaliyyətindən əvvəl İsmayıl, İtaliyanın Bakıdakı səfirliyində müxtəlif vəzifələrdə çalışmaqla, görüşlərin və səfərlərin təşkilində, həmçinin müxtəlif vəzifəli şəxslər, eləcə də hökumət nümayəndələri ilə əlaqələrin qurulmasında dərin təcrübə qazanmışdır.
"Aparat rəhbəri kimi İsmayıl, şirkətin Baş icraçı direktoru ilə birbaşa işləyərək ona biznesin gündəlik idarə olunmasında köməklik göstərəcək. Onun əsas prioritetlərindən biri Aparatın gündəlik işini tənzimləyən mövcud inzibati sistemin produktivliyini təyin edərək vaxtın planlanması, məlumatlandırma və qərararvermə proseslərini daha effektiv etməkdir.
İsmayıl, Baş icraçı direktorun görüşlərinin keçirilməsini tənzimləyəcək və icrasına nəzarət edəcək. O, həmçinin İcraiyyə Heyətinin üzvlərinə qərarvermə, layihələrin idarə olunması və biznes strategiyalarının icrası da daxil olmaqla yaxından dəstək edəcək. Rəhbərlik heyəti ilə sıx əməkdaşlıq edərək onlara prioritetlər və müxtəlif təşəbbüslərin icrası ilə əlaqədar kömək edəcək. İcraiyyə Heyətinin üzvləri ilə digər müvafiq tərəflər arasında əlaqələndirici şəxs qismində çıxış edərək effektiv kommunikasiyanın və əməkdaşlığın qurulmasında əhəmiyyətli rol oynayacaq",- GL-dən bildirilib.
Bundan əlavə İsmayıl Dadaşov, şirkət daxili və kənar aidiyyəti tərəflər arasında kommunikasiya və biznes əlaqələrinin qurulması və inkişafı istiqamətində çalışacaq.
"Onun yüksək inkişafa nail olmaq əzmi və əlverişli əmək şəraitini təşviq etmək həvəsi bizim GL şirkətində qəbul etdiyimiz dəyərlərlə mükəmməl şəkildə uyğunluq təşkil edir",- GL qeyd edib.
Xatırladaq ki, GL Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqları olmaqla Azərbaycanda beş yataqda neft-qaz əməliyyatları həyata keçirir. GL-in biznes portfelinə “Salyan Oil Limited”, “Taghiyev Operating Company” əməliyyat şirkətləri və sənaye üzrə çoxsaylı xidmətlər təqdim edən “GL Technical Services” daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
11 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 14 d. əvvəl
- 27 d. əvvəl
- 30 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)
.jpg)










.jpg)




