Muradov və Talıbov memorandum imzaladı
UNEC ilə “Veysəloğlu” arasında əməkdaşlıq memorandumu imzalanıbAzərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Veysəloğlu Şirkətlər Qrupu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), İctimaiyyətlə Əlaqələr Şöbəsin Marja.az-a verilən məlumata görə, UNEC rektoru professor Ədalət Muradov və Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov arasında imzalanan memoranduma əsasən, hər iki qurum tələbələrin pərakəndəçilik, gündəlik istehlak məhsulları (FMCG) sahəsində bilik və bacarıqlarının artırılması, bu sahədə mütəxəssislərin yetişdirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Eyni zamanda UNEC-in tələbə və məzunlarının şirkətlər qrupunda istehsalat təcrübəsi keçmələri üçün şərait yaradılacaq, “Veysəloğlu”nun rəhbər şəxsləri tələbələrə satış, pərakəndə və FMCG biznes sahəsi üzrə praktiki dərslər keçəcəklər. Memorandumda Veysəloğlu Şirkətlər Qrupu tərəfindən UNEC-də pərakəndə, logistika, FMCG, biznes sahəsi üzrə elmi araşdırmaların maliyyələşdirilməsi və kitab çapı da nəzərdə tutulub.
Qeyd edilib ki, yeni tədris ilindən başlayaraq, “Veysəloğlu” fəaliyyət göstərdiyi sahədə yüksək ixtisaslı kadrların yetişməsinə dəstək məqsədilə UNEC ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində şirkətdə rəhbər vəzifəsində çalışan şəxslər “Satışın idarəolunması” mövzusunda öz bilik və təcrübələrini tələbələrlə bölüşməyə davam edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 19 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























