Qlobal bankdan neft ilə bağlı bədbin proqnoz
Citi analitikləri neftin qiymətinin gələn il 70 dollar səviyyələrinə düşəcəyini nəzərdə tuturlar.Neft 2023-cü ilin 3-cü rübündə orta hesabla 28 faiz bahalaşıb. Lakin aparıcı qlobal banklardan biri olan Citi-nin analitikləri deyirlər ki, xam neftin bu yüksək səviyyədə qalacağını gözləməyin.
Marja.az xəbər verir ki, bazar ertəsi ABŞ xam neftinin qiyməti 2 faizdən çox azalaraq 88,82 dollar/barel olub. Brent fyuçersləri bir barel üçün 90,71 dollar səviyyəsində bağlanıb.
Citi-nin qlobal əmtəə araşdırmalarının rəhbəri Ed Morse 2023-cü ilin 4-cü rübü üçün proqnoz qeydində yazıb: "Bizim neftə "ayı" baxışımız var və Brent-in dördüncü rübdə orta hesabla 82 dollar, 2024-cü ildə isə 74 dollar olacağını proqnozlaşdırırıq".
Neft qiymətləri OPEC+-ın, həmçinin Səudiyyə Ərəbistanı və Rusiyanın ilin sonuna qədər hasilatlarını azaltmalarından sonra yüksəliş trendində olub. Qiymətləri Rusiyanın ixrac məhdudiyyətləri də dəstəkləyib.
"Səudiyyə Ərəbistanının izafi nefti bazardan çıxarmaq istəyi, Rusiyanın ixrac məhdudiyyəti səviyyəsini qoruyub saxlaması, qısa müddətdə daha yüksək qiymətlərə işarə edir. Kakin digər ölkələrdə hasilatın daha sürətli artmasını nəzərə alsaq, 90 dollar qiyməti davam edə bilməyəcək", - Morse və həmkarları qeyd ediblər.
Citi-nin analitikləri ABŞ, Braziliya, Kanada və Qayana kimi OPEC+ üzvü olmayan ölkələrdə hasilatın artdığını bildirir. Təhlilçilər həmçinin Venesuela və İrandan da ixracın artdığını qeyd edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























