"Artel" məişət texnikaları Azərbaycanda da istehsal oluna bilər
Özbəkistan şirkətinin nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında olublarÖzbəkistanın “Artel Engineering and Management” MMC-nin nümayəndələri iyulun 31-də Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olublar.
Qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılan əlverişli biznes mühiti, investisiya imkanları barədə məlumat verilib, sənaye zonalarının və “Artel Engineering and Management” MMC-nin fəaliyyətini əks etdirən təqdimatlar nümayiş etdirilib.
Görüş çərçivəsində Azərbaycanda mövcud sənaye parklarında məişət texnikası, liftlər və alüminium profillərin istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
Daha sonra qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin Ağır maşınqayırma və Elektrik avadanlıqları zavodlarında gedən istehsal prosesləri ilə tanış olublar.
Qeyd edək ki, Artel Mərkəzi Asiyada məişət texnikası və elektronika istehsalı üzrə liderdir. Şirkət 2011-ci ildə qaz sobalarının istehsalı ilə fəaliyyətə başlayıb. Bu gün şirkət tərəfindən 20-dən çox çeşiddə məhsulların - məişət texnikası, o cümlədən kondisionerlər, mikrodalğalı sobalar, mini sobalar, qaz və elektrik sobaları, televizorlar, soyuducular, mobil telefonlar, quraşdırılmış məişət texnikası, tozsoran, kiçik məişət texnikası və s istehsalı həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
11 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 14 d. əvvəl
- 27 d. əvvəl
- 30 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb



















.jpg)





