Avro faiz qərarından sonrası necə dəyişdi? - YENİLƏNİB
17:30
Avronun məzənnəsi Avropa Mərkəzi Bankının (AMB, ECB) sədri Mario Draginin açıqlamaları yenidəb möhkəmlənməyə başlayıb. Bu gün Bankın faiz qərarından sonra Avro/dollar məzənnəsi 1.1479 səviyyəsinədək düşmüşdü.
ECB bu gün keçirdiyi iclasda faiz dərəcələrini və monetar ekspansiyanın həcmini dəyişməyib. Bu xəbər avronun məzənnəsini bir qədər ucuzlaşdırsa da, M.Draginin mətbuat konfransındakı açıqlamaları ilə avro yenidən güclənməyə başlayıb. Belə ki, Dragi Avrozona iqtisadiyyatında mənfi tendensiyanın xarici amillərlə, inflyasiyanın isə xammal qiymətləri ilə əlaqəli olduğunu bildirib, iqtisadi göstəricilərin gələcəkdə iqtisadi artımı sürətləndirəcəyini qeyd edib. Həmçinin, maliyyə bazarlarına likvidliyin verilməsini davam etdirmək zərurətini vurğulayıb.
Bakı vaxtı ilə saat 17:35-ə olan məlumata görə, açıqlamalardan sonra əsas valyuta cütlüyü olan avro/dollar məzənnəsi 0,5% qalxaraq 1,1479 dollar səviyyəsindən 1,1572 dollara yüksəlib.
16:54 XXX
Avropa Mərkəzi Bankının sədri Mario Draghi faiz qərarının ardından Frankfurtdakı mətbuat konfransında danışır.
"Marja" xəbər verir ki, Draghi "aktiv alışlarının ən azı Dekabr ayına qədər davam edəcəyini, alışların inflyasiyada davamlı toparlanma olana qədər davam edəcəyini" bildirib.
Son məlumatların iqtisadiyyatın gücləndiyinə işarə etdiyini, inflyasiya təzyiqlərinin isə durğun olduğunu deyən Sədr "Önəmli miqdarda genişlənməyə ehtiyac var" - deyib.
İqtisadi inkişafa qarşı risklərin böyük ölçüdə balanslaşdırıldığını qeyd edən Sədr qlobal inkişafın ticarəti və ixracı dəstəklədiyini bildirib.
Avropa Mərkəzi Bankı bu gün faizləri dəyişdirmədi, qiymətli kağılar alışı proqramının 2017-ci ilin Dekabr ayının sonuna qədər aylıq 60 milyard avro səviyyəsində davam edəcəyini, lazım olarsa proqramın daha da uzadıla biləcəyini açıqlayıb.
Mario Draghinin müsbət tonda və əmin danışması Avronun yenidən bahalaşmasına səbəb olub. Faiz qərarı zamanı 1.1479 səviyyəsinədək düşən Avro/dollar məzənnəsi yenidən 1.15-i keçərək 1.1565-i görüb.
XXX 16:18
Avropa Mərkəzi Bankının faizlərdə dəyişmədiyini açıqlamasının ardından, avro dollar qarşısında 0,3% ucuzalşıb və məzənnə 1.1482-yədək düşüb.
"Marja" xarici mətbuata istinadən xəbər verir ki, mətbuat konfransında Draghi-nin "göyərçin" şərhlər verməsi vəziyyətində avronun 1.1400 dollara qədər düşə biləcəyi, "şahin" şərhlər etməsi vəziyyətində isə 1.1610-1.1650 aralığına çıxa biləcəyi qeyd olunur.
"Unicredit Spa"nın strateqi Vasileios Gkionakis, "Draghi, əvvəl verdiyi bəyanatlarındakı mövqeyinə sadiq qalarsa, Avronun düşməsini görə bilərik" deyib.
İndi gözlər Sədr Mario Draghi-nin 16:30-dakı mətbuat konfransındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















