"Azərbaycanda uçot dərəcəsi işləmir"
"Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsindən beynəlxalq təcrübədə olduğu kimi inflyasiyaya qarşı rıçaq kimi istifadə etmək istəyirsə, açıq deyək ki, bizdə həmin mexanizm işləmir".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli deyib.
"Əgər qiymət artımının qarşısını almaq üçün sərt monetar siyasətə keçiləcəksə, bu, ümumi daxili məhsulun (ÜDM) artımını 1,8 %-dən aşağı salacaq, əlavə ciddi problemlər yaradacaq. Heç Azərbaycanda inflyasiya tam olaraq monetar amillərlə bağlı deyil", - deyə o qeyd edib.
Bundan başqa, deputatın sözlərinə görə, bu il Azərbaycanda orta aylıq əməkhaqqının 10 % artacağı proqnozlaşdırılır, bu da o deməkdir ki, gözlənilən inflyasiya şəraitində insanların real gəlirlərində artım olmayacaq: "Əməkhaqlarının artırılması inflyasiyanı kompensasiya etməkdən o tərəfə getməyəcək".
Qeyd edək ki, Mərkəzi Bankın sədri Taleh Kazımov da qəbul edilən faiz qərarlarının bazara birbaşa təsirinin aşağı olduğunu etiraf edib. Mərkəzi Bank, uçot dərəcəsinin, yeni alətlər və layihələri ilə ilk öncə banklarası faizlərə, daha sonra isə bazar faizlərinə təsir etməsini hədəfləyir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 14 d. əvvəl
-
-
17 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 20 d. əvvəl
- 33 d. əvvəl
- 36 d. əvvəl
- 43 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
12 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb







.jpg)









.jpg)







