"Atəşgah Həyat"ın xalis mənfəəti artıb
"Atəşgah Həyat Sığorta Şirkəti" ASC 2022-ci ili 8 milyon 474 min manat xalis mənfəət ilə başa vurub.
Şirkət 2021-ci ili 6 milyon 432 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, 2021-ci illə müqayisədə 2022-cii ildə "Atəşgah Həyat"ın xalis mənfəəti 2 milyon 42 min manat və ya 31,7% artıb.
Marja.az xəbər verir ki, 2022-ci ildə "Atəşgah Həyat"ın cəmi əməliyyat gəlirləri 50 milyon 815 min manat, cəmi əməliyyat xərcləri 40 milyon 222 min manat, əməliyyat mənfəəti 10 milyon 593 min manat olub. 2021-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 49 milyon 503 min manat, cəmi əməliyyat xərcləri 41 milyon 464 min manat, əməliyyat mənfəəti 8 milyon 40 min manat təşkil etmişdi.
"Atəşgah Həyat"ın hesabladığı sığorta haqları 2021-ci ildə 44 milyon 194 min manat ikən, 2022-ci ildə 53 milyon 541 min manata yüksəlib. Şirkətin sığorta ödənişləri isə 2021-ci ildəki 31 miylon 980 min manatdan 2022-ci ildə 30 milyon 765 min manata düşüb.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
12 saat əvvəl
Geely Group satışlarda rəqiblərini geridə qoyaraq liderliyini təsdiqləyir
- 13 saat əvvəl
-
-
19 saat əvvəl
Aqrar sığorta zərfinə yeni bitkilərin əlavə ediləcək – MÜSAHİBƏ
- 1 gün əvvəl
- 4 gün əvvəl
-
4 gün əvvəl
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
- 4 gün əvvəl
- 4 gün əvvəl
- 4 gün əvvəl
- 5 gün əvvəl
-
5 gün əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Zəmanətsiz avtomobil almağın həqiqi riskləri 8 bənddə
Aqrar sığorta zərfinə yeni bitkilərin əlavə ediləcək – MÜSAHİBƏ
Rusiya uçot dərəcəsini 15 faizə endirdi
Xalq Bankdan Novruza özəl endirim təklifi
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!
Tramp: Netanyahuya İranın enerji obyektlərini vurma dedim
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
İki dövlət agentliyi birləşdirilir - FƏRMAN
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
















