Mikro və kiçik bizneslər dövlət dəstəyilə “Bravo” hipermarketlərində məhsullarını sata biləcəklər
Daha bir ticarət şəbəkəsinə daxil olan üç marketdə mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların satışına dəstək göstərilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yaydığı məlumatda bildirilir ki, “Bravo” supermarketlər şəbəkəsinə daxil olan üç hipermarketdə bu məqsədlə daimi satış yerləri yaradılıb.
Hazırda bu satış yerlərində 10-a yaxın mikro və kiçik sahibkarlıq subyektinin istehsal etdiyi çay, soyuq sıxım yağlar, sular və limonadlar, un, ədviyyat, bal, kofe, sirkə, quru meyvələr, konservləşdirilmiş turşular və sair məhsullar satılır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Bravo”ya daxil olan hipermarketdə mikro və kiçik sahibkarların məhsullarının satışı üçün yaradılmış satış yeri ilə tanış olub.
Qeyd edək ki, mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq həyata keçirilir. Qaydaya əsasən dövlət dəstəyi KOBİA tərəfindən təmin edilir. 2022-ci ilin yanvar ayından etibarən KOBİA-ya bu dəstəkdən yararlanmaq istəyən mikro və kiçik sahibkarlardan 96 müraciət daxil olub. Hazırda bu dəstək mexanizmi çərçivəsində müxtəlif ticarət şəbəkələrində 7 daimi satış yeri yaradılıb ki, burada 25-dən çox mikro və kiçik sahibkarın məhsulları satılır. KOBİA-ya daxil olmuş müraciətlərə uyğun olaraq sahibkarlıq subyektlərinin məhsullarının iri ticarət şəbəkələrində yerləşdirilməsi istiqamətində işlər davam etdirilir.
İri ticarət şəbəkələrində məhsullarının satışını təşkil etmək istəyən mikro və kiçik sahibkarlıq subyektləri KOBİA-ya elektron qaydada müraciət edə bilərlər (https://smb.gov.az/az/contact-form/sale-form). Bu dəstək çərçivəsində ticarət şəbəkəsində bir sahibkarın istifadəsinə verilən satış yerinin ölçüsü 50 sm, məhsulların satış sahəsində yerləşdirilməsi müddəti isə 3 aydır. Müraciət edənlərin sayı və məhsula olan maraq nəzərə alınaraq satış sahəsindən istifadə müddəti daha 3 ay uzadıla bilər. Mikro və kiçik sahibkarlıq subyektlərinin istifadəsinə verilən satış yerlərinə görə icarə haqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
7 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
8 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
8 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
8 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar









.jpg)









