Neft keçən həftə ucuzlaşdıqdan sonra bahalaşıb
Brent markalı neftin qiyməti ötən həftə ucuzlaşdıqdan sonra bir barel üçün 83,65 dollara yüksəlibBazar ertəsi səhər dünya neft qiymətləri ticarət məlumatlarına görə, ötən həftə ərzində demək olar ki, 4% ucuzlaşdıqdan sonra artım nümayiş etdirir.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 10:07-yə olan məlumata görə, Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 0,80% artaraq bir barelə görə 83,65 dollara, WTI markalı neftin aprel fyuçersləri 0,82% artaraq 77,18 dollara çatıb.
Ötən həftə kotirovkalar təxminən 4% düşmüşdü, bu da bir sıra amillərlə, o cümlədən ABŞ hakimiyyətinin strateji ehtiyatdan daha çox neft satmaq niyyəti, iqtisadi tənəzzül ehtimalların güclənməsi, eləcə də həftə ərzində ABŞ-ın kommersiya ehtiyatlarının artımı ilə bağlı məlumatlar ilə əlaqədar idi.
Bazarların diqqəti ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) siyasəti ətrafında qalır. FED mart ayında əsas uçot dərəcəsini yenidən qaldıra bilər. ABŞ Mərkəzi Bankı yüksək inflyasiya fonunda faizlərini ardıcıl 7 dəfə qaldırıb, bu da tənəzzül risklərini artırıb. Belə bir vəziyyət digər məsələlərlə yanaşı, neft tələbi ilə bağlı gözləntilərə də təsir edir. Bazarlar tənzimləyicinin faizlərini nə qədər sürətlə artıracağını, eləcə də aşağı dərəcələrə nə vaxt keçəcəyini qiymətləndirir.
Çərşənbə günü, fevralın 22-də, FED-in fevral ayı iclasının protokolları dərc ediləcək, burada pul siyasəti ilə bağlı siqnallar ola bilər. Cümə axşamı, fevralın 23-də dördüncü rübdə ABŞ ÜDM-i barədə məlumatlar açıqlanacaq. İqtisadiyyatla bağlı məlumatlar FED-in monetar siyasətinə dair proqnozlara, eləcə də əmtəə kotirovkalarının əks olunduğu dolların məzənnəsinə təsir göstərə bilər.
"Vanda Insights"ın qurucusu Vandana Hari Bloomberg-ə deyib: "İqtisadi əhval-ruhiyyə və maliyyə bazarları çox güman ki, ön planda qalacaq. Çinin açılması qarşıdakı həftələrdə nikbinliyin artmasına səbəb ola bilər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
11 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
11 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
13 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















