"Rusiyada neft hasilatının azalması riski hələ də mövcuddur" - NOVAK
"Avropa ittifaqı (Aİ) və G7 ölkələri tərəfindən tətbiq edilən Rusiya xammalının qiymət tavanına görə Rusiyada neft hasilatının azalması riski hələ də mövcuddur, hökumət bunu yaxın gələcəkdə qiymətləndirəcək".
Marja xəbər verir ki, bunu jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
Ötən ilin sonunda Novak bildirmişdi ki, Aİ və G7-nin Rusiya neftinə qiymət limiti tətbiqinə və "tavandan" yuxarı tədarüklərə cavab qadağası səbəbindən Rusiya 2023-cü ilin əvvəlində neft hasilatını 5-7% azaltmağa hazırdır (yaxud gündə 500-700 min barel).
Hazırda hasilatın azaldılması üçün ilkin şərtlərin olub-olmaması ilə bağlı sualı cavablandıran baş nazirin müavini deyib: "Bəli, belə risklər var. Biz onları yaxın vaxtlarda qiymətləndirəcəyik".
Fevralın əvvəlində Novak Rusiyada yanvarda hasilatın dekabr ayı səviyyəsində, təxminən 9,8-9,9 milyon barel/gün səviyyəsində qaldığını, fevralın əvvəlində isə eyni səviyyədə olduğunu bildirmişdi. Onun sözlərinə görə, Aİ-nin Rusiya neftinin tədarükünə tətbiq etdiyi embarqoya və onun qiymət tavanına baxmayaraq, neft hasilatı və ixracı sabitdir. Baş nazirin müavini bildirib ki, 2022-ci ilin sonunda Rusiya Federasiyasında neft hasilatı 2% artaraq 535 milyon ton təşkil edib.
Cümə günü Moskva birjasında keçirilən hərracların açılışında dolların rubla nisbətdə məzənnəsi əvvəlki hərracların bağlanış səviyyəsi ilə müqayisədə 19,75 qəpik artaraq 73,2 rubl təşkil edib. Avronun məzənnəsi 43,75 qəpik ucuzlaşaraq 78,36 rubl olub. Yuanın məzənnəsi isə 1,2 qəpik ucuzlaşaraq 10,755 rubl təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 12 d. əvvəl
- 36 d. əvvəl
-
45 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
49 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı







.jpg)










