Qlobal maliyyə böhranından bəri ən böyük illik zərərini açıqlayıb
Credit Suisse 2022-ci ili 7,29 milyard frank xalis zərərlə başa vurub."Credit Suisse Group" 2008-ci il qlobal maliyyə böhranından bəri ən böyük illik zərərini açıqlayıb. Qalmaqallar müştəri vəsaitlərinin görünməmiş şəkildə xaricə axmasına səbəb olub və bu da Bankın böyük itkilərə məruz qalması ilə nəticələnib.
Marja xəbər verir ki, İsveçrənin ikinci ən böyük bankının 2022-ci ildə cəmi xalis zərəri 7,29 milyard frank olub. Credit Suisse 2021-ci ili 2 milyard frank zərər ilə bağlamışdı. Maliyyə qurumu ardıcıl ikinci ildir zərər edir.
Bank dördüncü rübü 1,39 milyard CHF (1,51 milyard dollar) xalis zərərlə başa vurub.
2022-ci ilin son üç ayında Credit Suisse-dən aktivlərin xalis çıxışı 110,5 milyard frank təşkil edib.
Aktivlərin idarə olunması bölməsindən 92,7 milyard frank xaricə çıxarılıb ki, bu da analitiklərin 61,9 milyard frank gözləntilərindən xeyli yüksəkdir. Bu bölmənin idarə etdiyi ümumi aktivlər 540,5 milyard franka düşüb.
Ötən il kapital axını bankın bəzi likvidlik tələblərini pozmasına səbəb olub. Bununla belə, dekabr ayında bank 4 milyard frank məbləğində vəsait toplayıb və likvidliyin yaxşılaşdığını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
12 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
13 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
14 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















