Bu gün dünya birjalarında güclü dalğalanmalara səbəb ola biləcək göstəricilər açıqlanacaq
Bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı fundamental göstəriciləri dünya valyuta birjalarında güclü dalğalanmalara səbəb ola bilər.
ÜMUMİ MƏLUMAT
Hər ayın ilk həftəsi olduğu kimi bu ayın da ilk həftəsinin cümə günü ABŞ-dan vacib iqtisadi göstəricilər açıqlanacaq. Dünyanın ən böyük iqtisadiyyatına sahib ABŞ ilə bağlı göstəricilər bazar iştirakçıları tərəfindən hər ay böyük maraqla gözlənilir. Söhbət təbii ki, işsizlik səviyyəsi, qeyri-kənd təsərrüfatında məşğulluq (ing. NFP) və əmək haqqlarının artım göstəricilərindən gedir.
NƏ GÖZLƏNİLİR?
FED-in monetar siyasətdə izlədiyi yol xəritəsində əsas həlledici meyarlardan olan əmək bazarına dair statistik göstəricilərə baxdıqda ABŞ-da məşğulluğun və işsizlik səviyyəsinin ötən ay ilə müqayisədə azaldığı görünür. Beləki, ötən ay məşğulluğun 223000 nəfər artdığı açıqlanmışdısa, bu gün açıqlanacaq göstəricinin 185000 olacağı proqnozlaşdırılır. Qeyri-kənd təsərrüfatında işləyənlərin sayının artacağı ehtimalı ölkə iqtisadiyyatı üçün müsbət hal kimi qarşılana bilər. Lakin əvvəlki göstəriciyə nəzərən göstəricinin aşağı proqnozlaşdırılması, "NFP"-nin artım dinamikasının zəifləməsi deməkdir. Bu da bazar iştirakçıları tərəfindən birmənalı qarşılanmaya bilər. İşsizlik səviyyəsi göstəricisinin isə əvvəlki aya nəzərən artacağı proqnozlaşdırılır. Bu isə ümumilikdə ABŞ iqtisadiyyatı üçün mənfi hal kimi dəyərləndirilə bilər. Qeyd edək ki, dekabr ayı üçün bu göstərici 3.5% açıqlanmışdı. Bu ay isə işsizlik səviyyəsinin 3.6% olaraq açıqlanacağı ehtimal edilir. Orta saatlıq əmək haqlarının aylıq müqayisədə dəyişməyərək 0.3% qalacağı, illik müqayisədə isə 0.3% azalaraq 4.6%-dən 4.3%-ə düşəcəyi proqnozlaşdırılır. Əmək haqlarında azalmanın olması, FED-in inflyasiya hədəflərinə çatmasına mane və faiz artımı qərarında daha ehtiyyatlı davranmasına səbəb ola bilər. Qeyd edək ki, FED-in 4 fevral tarixində keçirilmiş 2023-ci ilin ilk toplantısında uçot dərəcələri 0.25% artıldı.
BİRJALARA TƏSİRİ
Göstəricilərin faiz qərarına ciddi təsiri imkanlarını nəzərə alaraq, ABŞ-da tam məşğulluğun təmin edildiyi 2019-cu ilə nəzərən hazırki dövrdə bazar məşğulluqla bağlı göstəricilərə qarşı daha həssas davranır. İqtisadiyyatda inkişafın və sabitliyin yenidən bərpa olması və yüksək inflyasiya ilə mübarizədə FED-ə daha geniş imkanlar yaratması, bu göstəricilərin hansı istiqamətdə dəyişəcəyindən asılıdır. Bu səbəbdən iqtisadi göstəricilərin açıqlanması zamanı dolların digər valyutalar üzrə məzənnəsində, eləcə də qızıl və neft qiymətlərində ani dalğalanmalar baş verə bilər.
Belə ani dalğalanmalar qısa zamanda yüksək gəlirlilik imkanı yaratdığı kimi mövcud əməliyyatlarda risklərin də artmasına səbəb olur. Bakı vaxtı ilə 17:30-da açıqlanacaq məlumatlar öncəsi əməliyatlar üçün risk səviyyələri müəyyənləşdirilməli və dözümlülüyün təmin edilməsi məsləhət görülür.
Məlumat İnvestAZ tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
-
12 saat əvvəl
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalarını) ləğv etməlidirlər"
-
12 saat əvvəl
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
-
12 saat əvvəl
BP "Şəfəq" günəş enerjisi layihəsində 10 % iştirak payını satıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Kinobox" və "Mahnı TV"yə lisenziya verilib
Azərbaycanda illik inflyasiya sürətlənib
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalarını) ləğv etməlidirlər"
Ən çox oxunanlar
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
“Zira Olives” Sumqayıtda mağaza açır
"FERRUM Kapital”ın 4 milyon manat borclanacağı tarix açıqlanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"PAŞA Real Estate" qlobal aktivlərini "One&Only" Hudson Valley, Nyu-York ilə genişləndirir
Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
Azərbaycan iqtisadiyyatı 1,7 faiz artıb
























