Azərbaycan mobil internetin sürətinə görə geriləyib
2022-ci ilin dekabr ayında Azərbaycan mobil internetin sürətinə görə 141 ölkə arasında 34,93 MB/S sürətlə 61-ci yerdə qərarlaşıb.
Bu barədə “Speedtest Global Index”də bildirilir.
Azərbaycan noyabr ayına nisbətən 3 pillə geriləyib.
Mobil internetin sürətinə görə birinci yerdə Qatar 169,51 MB/S sürətlə, sonuncu 141-ci yerdə isə Əfqanıstan (5,18 MB/S) qərarlaşıb.
Məlumatda deyilir ki, ötən ilin sonuncu ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 116-cı yerdə qərarlaşıb ki, bu isə noyabr ayı ilə müqayisədə 2 pillə irəliləməkdir. Dekabrda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 27,15 MB/S olub.
Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 178 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Sinqapur (225,71 MB/S), sonuncu yerdə isə Kuba (1,91 MB/S) qərarlaşıb.
Ötən il şəhərlərin renkinqində Bakı mobil internetin sürətinə görə 1 pillə geriləyərək 37,94 MB/S sürətlə 76-cı yerə sahiblik edib.
Sabit genişzolaqlı internetin sürətinə görə isə Azərbaycan paytaxtı 29,5 MB/S sürətlə 137-ci pillədə qərarlaşıb ki, bu da 4 pillə geriləmə deməkdir.
Şəhərlərin renkinqi üzrə isə mobil internetdə 172 şəhər, sabit genişzolaqlı internetdə isə 194 şəhər rəqabət aparır.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 28 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























