Caspian Energy Forum dünyanın 20 ölkəsində təşkil olunacaq
Caspian Energy Club-un 20 illik yubileyi çərçivəsində dünyanın 20 ölkəsində Caspian Energy Forum təşkil ediləcək.
Klubun yaydığı məlumatlarda bildirilir ki, tədbirlərdə Xəzər-Qara dəniz və Baltikyanı ölkələrin dövlət qurumlarının, eləcə də dövlət və özəl şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak edəcəklər.
Caspian Energy Forum çərçivəsində post-sənaye iqtisadiyyatının müasir inkişafı modelləri, yaşıl enerji, rəqəmsal transformasiya və Orta Dəhlizin inkişaf perspektivləri müzakirə olunacaq. Caspian Energy Forum-da həmçinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin müzakirəsi və Forbes Caspian Energy jurnalının xüsusi buraxılışının təqdimatı keçiriləcək.
Caspian Energy Forum müxtəlif ölkələrin dövlət qurumları və özəl sektoru arasında beynəlxalq işgüzar əməkdaşlığın təşkili, biznes sektorunun qorunması və inkişafı üçün yerli təşəbbüslərin öyrənilməsi üçün yaradılmış unikal imkanlar təqdim edən networking platformasıdır. Caspian Energy Forum çərçivəsində neft-qaz və qeyri-neft sektorlarını təmsil edən iri, orta və kiçik şirkətlərin top menecerləri dialoq və sıx əməkdaşlıq qurmaq imkanına sahibdilər.
Caspian Energy Forumunda iştirak edən nüfuzlu spikerlər, region ölkələrinin dövlət strukturlarının rəhbərləri və regionda fəaliyyət göstərən və ya işləmək niyyətində olan şirkətlərin rəhbərləri ilə təmsil olunan Klub üzvləri forum çərçivəsində qarşıya qoyulan mühüm məqsədləri tam şəkildə həyata keçirməyə qadirdilər.
Caspian Energy Forum-un rəsmi hissəsinin sonunda ikitərəfli münasibətlərdə fəal rol oynamış şirkətlər, eləcə də bazar liderləri beynəlxalq Caspian Energy Award və Caspian Business Award mükafatlarına layiq görüləcəklər.
Caspian Energy Forum daha öncə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Çexiya və s. ölkələrdə keçirilmişdir. Dünyanın 50 ölkəsindəki Caspian Energy Forum ticarət nişanı Caspian Energy Club-a məxsusdur və 15 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
“Biznes-networking” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Türkiyə, BƏƏ, İsrail, Özbəkistan, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
1 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
3 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın






.jpg)
.jpg)






.jpg)









