"Subway" restoranlar şəbəkəsi satılır
Amerikanın "Subway" fast food restoranlar şəbəkəsi öz biznesini satmaq imkanını nəzərdən keçirir.
Marja xəbər verir ki, bu barədə "Wall Street Journal" mənbələrə istinadən xəbər verir.
Qəzet yazır ki, “Subway” restoranlar şəbəkəsi satış imkanlarını öyrənmək üçün məsləhətçilər cəlb edib.
Mənbələrə görə, ilkin mərhələdə olan proses potensial korporativ alıcıları və özəl investisiya şirkətlərini cəlb edəcək. “Subway”in qiyməti 10 milyard dollardan çox ola bilər. Bununla belə, ola bilsin ki, heç bir satış olmasın, nəşri yekunlaşdırır.
“Subway” şirkəti 1965-ci ildə Frederik de Luka və Piter Bak tərəfindən təsis edilib. Şəbəkənin saytında yer alan məlumata görə, Frederik De Lukaya təhsil haqqını ödəmək üçün yeməkxana açmağı təklif edən və bunun üçün min dollar pul verən məhz Piter Bak olub. 2015-ci ildə de Luka leykozdan vəfat edib. Şəbəkənin ilk restoranı Konnektikut ştatının Bridgeport şəhərində açılıb. Restoranlar françayzinq sistemi ilə açılır. Bu gün şəbəkənin Bakı da daxil olmaqla 90-dan çox ölkədə restoranları var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
3 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
11 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)






.jpg)







