Azərbaycan xurması Rusiyada bahalaşıb, Avropa bazarına ixrac başlayıb
"Dünya bazarlarında xurma qıtlığı ötən il Azərbaycan xurmasını Rusiya bazarında 2021-ci illə müqayisədə 30 % bahalaşdırdı və Avropa bazarına ixracı başladı".
Bunu Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AXİİA) rəhbəri Qadir Yusifov deyib.
Onun sözlərinə görə, hazırda Rusiya bazarında Azərbaycan xurması ötən xurma mövsümi ilə müqayisədə baha satılır: “Azərbaycanın xurma ixrac bazarında əsas iki ölkə - Rusiya və Ukrayna, böyük paya sahibdir. Ötən il Ukraynaya həm Rusiya ərazisindən keçən, həm birbaşa ixrac edilən məhsulun həcmi 40-50 min ton təşkil edib. Rusiya-Ukrayna müharibəsi başlayanda biz bu bazarları itirməyimizdən qorxurduq. Proqnozlarımız belə idi ki, bu mövsüm bizim üçün heç də yaxşı olmayacaq. Lakin oktyabr-noyabr aylarında həyata keçirilən satış həcmləri proqnozlarla heç də uzlaşmadı”.
Q.Yusifov deyib ki, müharibəni başlatdığına görə qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində Avropadan müəyyən malların axını Rusiyaya dayanıb: "İspaniya ildə 500 min tondan çox xurma satan ölkədir, lakin 2022-ci il xurma mövsümündə quraqlıq səbəbindən məhsul ixracı çox az olub. İspaniyada məhsulun olmaması, eyni zamanda Rusiyada Avropa ölkələrindən meyvə axının azalması Rusiya bazarında xurma qıtlığına səbəb olub, bu isə xurmanın bahalaşmasına gətirib çıxardı”.
AXİİA-nın rəhbəri bildirib ki, Azərbaycanın bir neçə ixracatçısı Gürcüstan və Rumıniya üzərindən keçərək Ukraynaya xurma ixrac edə biliblər: "Bunun nəticəsində mövsümün başlanğıcından bu günə qədər çox yüksək qiymətə xurma satılıb və satılmağa da davam edir. Ümumiyyətlə, xurma ixracı fevralın sonunda yekunlaşaçağı planlaşdırılır”.
Q.Yusifov deyib ki, Azərbaycan xurması Avropanın bəzi ölkələrin mağazalarında da görünməyə başlayıb: “Avropa bazarlarına yavaş-yavaş daxil oluruq. Bunun əsas səbəbi isə İspaniyada keçən quraqlıqla bağlıdır”.
O əlavə edib ki, hazırda ölkə ərazisində soyuducu anbarlarda 100 min tondan çox xurma var.
Assosiasiya sədri dünyada gübrənin bahalaşması xurma istehsalına mənfi təsir göstərdiyini bildirib: "Gübrənin bahalaşması fermerlərin xalis gəlirlərinə, ümumiyyətlə ölkənin aqrar sektoruna zərbə vurur. Bu, fermerlərin xərclərini və maya dəyərini artırır”.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın xurma ixracının dəyəri 125,9 milyon ABŞ dolları olub.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 d. əvvəl
Bank Respublika “ASAN Məktub” proqramı çərçivəsində uşaqların arzularını gerçəkləşdirdi
-
21 d. əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
35 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 43 d. əvvəl
- 47 d. əvvəl
-
20 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
Rəsmi məzənnələr açıqlandı
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub











.jpg)





.jpg)


