Qorxu artır, neftin ucuzlaşması sürətlənir
Brent markalı neftin qiyməti qlobal iqtisadiyyatda yavaşlamanın başladığı qorxusu ilə 3,15 faiz düşüb.Çərşənbə günü dünya neft qiymətləri 3%-dən çox geriləyib.
Marja xəbər verir ki, Brent fyuçerslərinin qiyməti artıq bir barel üçün 80 dollardan aşağıdır. Bakı vaxtı ilə saat 18:30-da Brent nefti 3,15% ucuzlaşma ilə 79,50 dollardan, ABŞ xam nefti (WTI) isə 3% ucuzlaşma ilə 74,77 dollardan ticarət olunub.
Statistik məlumatlar investorların qlobal iqtisadiyyatda yavaşlamanın başladığı qorxusunu gücləndirib.
Çində yeni növ koronavirusa yoluxanların artması investorların iqtisadi fəaliyyətin yavaşlaması ilə bağlı qorxularını daha da artırır. Qorxuların artdığını iqtisadi statistika da təsdiqləyir: Çinin qeyri-istehsal sektorunda işgüzar fəallıq indeksi (PMI) dekabrda noyabrdakı 46,7-dən 41,6 bəndədək azalıb. 50 bənddən yuxarı olan PMI dəyəri aktivliyin artdığını, aşağıda isə azalma olduğunu göstərir.
Bundan əlavə, 19 avrozona ölkəsinin istehsal və xidmət sektorunda işgüzar aktivliyin indeksi dekabrda 49,3 bənd təşkil edib. Noyabr ayı ilə müqayisədə artıma baxmayaraq, göstərici hələ də 50 bənddən aşağıdır.
Bir sıra iqtisadçılar 2023-cü ilin birinci yarısında neft qiymətlərinin azalacağını gözləməkdə davam edirlər, çünki qlobal iqtisadiyyat iqtisadi aktivliyin olmamasından əziyyət çəkir.
Bundan əlavə, treyderlər ABŞ-da neft ehtiyatları ilə bağlı cümə axşamı, yanvarın 5-nə planlaşdırılan statistik məlumatların dərcini gözləyirlər. Analitiklər hesab edir ki, kommersiya ehtiyatları (strateji ehtiyat istisna olmaqla) dekabrın 30-da bitən həftədə 2,2 milyon barel artaraq 421,2 milyona çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)







