Sanksiyalar Rusiyanın ən böyük bankını ofisini bağlamağa məcbur etdi
Rusiyanın ən böyük bankı olan "Sberbank"ın İdarə Heyəti sədrinin birinci müavini Aleksandr Vedyahin, sanksiyalar ilə əlaqədar olaraq Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ofislərini bağlayacaqlarını bildirib."Sberbank"ın İdarə Heyəti sədrinin birinci müavini Aleksandr Vedyahin paytaxt Moskvada jurnalistlərə bildirib ki, "Sberbank"ın Əbu-Dabidəki ofisində “ciddi çətinliklər” var.
Marja xəbər verir ki, bu səbəbdən Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) ofislərini bağlamaq qərarına gəldiklərini qeyd edən Vedyahin, “2023-cü ilin ilk rübündə BƏƏ-dəki ofisimizi bağlamaq məcburiyyətində qalacağımız üçün təəssüf edirik. Bununla belə, biz ofisimizi bağladıqdan sonra BƏƏ bazarında müştərilərə kömək etməyə davam edəcəyik” deyib.
Vedyahin əlavə edib ki, 2023-cü ilin sonuna qədər Çində filial açmağa ümid edirlər.
Təxminən 110 milyon müştərisi ilə Rusiyanın ən böyük bankı olan "Sberbank", ABŞ və Avropa İttifaqının sanksiyalarına məruz qalan Rusiya bankları arasındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
13 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
20 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
20 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
21 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















