"2023-cü ilin birinci yarısı çətin olacaq"
İsveçrənin nəhəng qida və içki məhsulları istehsalçısı "Nestle SA" şirkətinin maliyyə direktoru Fransua-Ksavye Roger gələn ilin ilk 6 ayının şirkət üçün çətin olacağını, bundan sonra 2023-cü ilin ikinci yarısında inflyasiyanın gözlənilən zəifləməsi səbəbindən vəziyyətin yaxşılaşacağını gözləyir.
"Biz tənəzzülün şahidi olacağıq - biz bilirik ki, növbəti altı ay çətin, çox çətin olacaq", - Marja xəbər verir ki, Nescafe və KitKat məhsullarının istehsalçısının maliyyə direktoru bildirib.
Onun sözlərinə görə, tənəzzül istehlakın azalmasına səbəb olacaq.
Nestle kimi istehlak malları istehsalçıları 2022-ci ildə istehsal xərclərinin kəskin artması ilə üzləşirlər. Bir çoxları məhsullarına olan tələbata zərər vuran rekord qiymət artırmağa məcbur olublar. ABŞ, Avro Bölgəsi və Böyük Britaniya kimi böyük iqtisadiyyatlarda artan faiz dərəcələri ev təsərrüfatları üzərində əlavə təzyiq yaradır.
Palma yağı, qəhvə və buğda kimi mallarda qiymət artımları son vaxtlar azalıb, lakin Avropada əmək xərcləri və elektrik enerjisi qiymətləri daha da yüksəldiyi üçün istehsalçılara təzyiq artmaqdadır.
"Əlbəttə ki, gələn ilin əvvəlində və növbəti altı ayda inflyasiya hələ də kifayət qədər əhəmiyyətli olacaq" deyən Rocer, "Düşünürəm ki, onun bir qədər yumşalması 2023-cü ilin ikinci yarısında başlaya bilər" deyib.
Onun sözlərinə görə, yükdaşıma tarifləri yaxınlaşan tənəzzülün etibarlı əlamətidir. "Drewry Shipping Consultants"a görə, Şanxay-Los-Anceles əsas marşrutu üzrə dəniz konteynerinin daşınmasının qiyməti bu ilin əvvəlindəki təxminən 10.000 dollardan 2000 dollara düşüb.
Dünyanın ən böyük qida şirkəti Nestle gələn il daha yaşıl qablaşdırma və karbon emissiyalarının azaldılması kimi məqsədlərə 1 milyard İsveçrə frankı (1,1 milyard dollar) xərcləməyi gözləyir. 2022-ci ildə şirkət bu məqsədlər üçün təxminən 800 milyon frank, 2021-ci ildə isə 500 milyon frank xərcləyib.
Maliyyə direktoru əlavə edib ki, şirkət, bu cür investisiyaların gəlirliliyini təmin etməyə çalışır. “Karbon emissiyalarının azaldılması, plastik və su istifadəsinin azaldılması baxımından irəliləyiş var”, o əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
11 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
19 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
19 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
20 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















