AZAL 10 000 aviabiletin 29 avroya satışını elan edir
"Azərbaycan Hava Yolları" QSC 2023-cü ilin yay cədvəli çərçivəsində (martın 26-dan oktyabrın 29-dək) 9 istiqamət üzrə 29 avroya aviabiletlərin satışını elan edir.
Bu barədə Marja-ya "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, AZAL QSC-nin tərkib hissəsi olan aşağıbüdcəli “Buta Airways” aviaşirkəti bu gün saat 16:00-da bütün hava limanı rüsumları daxil olmaqla, minimal “Büdcə” tarifi ilə 29 avroya 10 000 biletin onlayn satışına başlayacaq.
Bu təklif aviaşirkətin aşağıdakı 9 istiqaməti üzrə keçərlidir: Ankara, İzmir, İstanbul (Sabiha Gökçen Hava Limanı), Tbilisi, Aktau, Həştərxan, Mineralnıye Vodı, Kazan və Ufa.
Aviaşirkətin www.butaairways.az rəsmi saytında uçuş cədvəli ilə daha ətraflı tanış olmaq və aviabiletləri əldə etmək mümkündür.
"Büdcə" tarifi ilə əldə olunan biletlərə ödənişsiz baqajın və ya əl yükünün daşınması daxil deyil, lakin təyyarənin göyərtəsinə ölçüləri 30x35x10 sm-ə qədər bel çantası, qadın əl çantası və ya kişi portfeli götürə bilərsiniz.
Aviadaşıyıcının reyslərində “Büdcə” tarifindən əlavə, müvafiq olaraq 10 kq və 23 kq baqajın daxil olduğu “Standart” (55 avrodan) və “Super” (75 avrodan) tarifləri ilə də bilet əldə etmək imkanı təklif olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























