Xiaomi işçilərin 10 faizini ixtisar edəcək
Çinin mobil telefon, elektronika və kiçik məişət texnikası istehsalçısı Xiaomi gəlirlərinin azalması səbəbindən işçilərinin 10 faizinə bərabər olan 3500-ə yaxın işçini işdən çıxaracaq.
Marja.az iqtisadiyyat və maliyyə xəbər xidməti Caixin yaydığı məlumata istinadən xəbər verir ki, şirkət qlobal cib telefonu satışlarının və daxili bazarda tələbin azalması səbəbindən ilin sonunda bəzi biznes əməliyyatlarını və işçi qüvvəsini ixtisar edəcək.
Marja xəbər verir ki, Baş ofisi paytaxt Pekində yerləşən şirkət 3500-ə yaxın insanı ixtisar etməyi planlaşdırır ki, bu da onun hazırkı işçi qüvvəsinin 10 faizini təşkil edir.
Xiaomi-nin gəlirləri üçüncü rübdə 10 faiz azalıb, şirkət 1,5 milyard yuan (30 sentyabr valyuta məzənnəsi ilə təxminən 209 milyon dollar) xalis zərərlə bağlı hesabat verib.
Üçüncü rübdə mobil cihaz satışları 11% azalıb, bu da, şirkətin ən əhəmiyyətli gəlir mənbələri olan smart elektronika və internet xidmətlərində itki ilə üzləşməsinə səbəb olub.
Dünyada iqtisadi artımın yavaşlaması və inflyasiyanın artması səbəbindən elektron məhsullara tələbat azalır. Qlobal mobil telefon satışlarının 2022-ci ildə 12,2 faiz, gələn il isə satışların 2,9 faiz azalacağı proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)








.jpg)






