Rusiyada xarici avtomobillərin nə vaxt tükənəcəyi açıqlanıb
"Rusiya avtomobil dilerlərinin anbarlarında 20-30 min ədəd yeni xarici markalı avtomobil qalıb. Cari satışların həcmi nəzərə alınsa, bu ehtiyatlar maksimum bir aylıq ticarət üçün kifayət edəcək".
Marja.az xəbər verir ki, bu barədə Rusiya Avtomobil Dilerləri Assosiasiyasından bildiriblər.
Qeyd olunur ki, bu gün Rusiyada anbarlarda Kia, Hyundai, Toyota, Renault, Volkswagen kimi orta səviyyəli modellər demək olar ki, qalmayıb. Qalan avtomobillər əsasən bahalı Çin avtomobilləridir.
Assosiasiyanın məlumatına görə, 2021-ci ildə Rusiyada təxminən 1,7 milyon ədəd avtomobil satılıb, 2022-ci ilin sonuna isə dilerlərin təxminən 650 min avtomobil satacağı gözlənilir. Beləliklə, kəsir 1,1 milyon avtomobil təşkil edəcək. Ekspertlərin fikrincə, kəsir gələn il çətin ki, bağlansın.
Çin istehsalçıları Rusiya bazarında öz iştiraklarını artırsalar da, onların imkanları hələ də belə kəsiri ödəməyə kifayət etmir.
Yaxın illərdə Rusiya avtomobil bazarında Çin avtomobillərinin satışda payının 70%-ə çatacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)






