"Azərsığorta" avtoicbari sığorta üzrə 18 milyona yaxın ödəniş edib
"Azərsığorta" Şirkəti “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS)” üzrə 18 milyon manata yaxın məbləğdə sığorta ödənişi həyata keçirib.
Bu barədə Şirkətin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti cari ilin yanvar-noyabr ayları üzrə zərərçəkmiş fiziki və hüquqi şəxslərə AVSMMİS üzrə ümumilikdə 17 milyon 834 min 678.36 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir.
Şirkətin AVSMMİS üzrə verdiyi sığorta ödənişləri bu aylar ərzində artan tendensiyada davam etmişdir.
Sözügedən hesabat dövründə ən çox ödəniş edilən ay isə mart ayı olmuşdur. Belə ki, mart ayında verilən sığorta ödənişlərinin ümumi həcmi 2 milyon 478 milyon 907.79 manat təşkil edib.
Qeyd edək ki, 21 oktyabr 1921-ci ildə Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayan “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti Cənubi Qafqazın ilk sığorta qurumu olaraq 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti olaraq yaradılıb.
2022-ci il may ayından etibarən “Azərsığorta” brendi ilə fəaliyyətini uğurla davam etdirən Şirkət 36 növdə könüllü və icbari sığorta məhsulları üzrə xidmətlər təqdim etməklə respublikada geniş filial şəbəkəsinə malikdir.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 4 d. əvvəl
-
-
13 d. əvvəl
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
- 30 d. əvvəl
-
1 saat əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 1 saat əvvəl
-
1 saat əvvəl
İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycana gələn turustlərin sayı 10 faizdən çox azalıb
Dəmir zavodu layihəsilə bağlı növbəti müqavilələr imzalanıb - 800 MİLYON DOLLAR İNVESTİSİYA, 1600 İŞ YERİ
Ən çox oxunanlar
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin






















