“Azərsığorta”nın Şəki filialı yeni konseptdə!
(®) İlk və tək dövlət sığorta şirkəti olan “Azərsığorta” filial şəbəkələrinin optimallaşdırılması prosesinə davam edir.
Belə ki, 7 dekabrda Şirkətin növbəti filialı - Şəki şəhərində yerləşən və yeni konsepsiyaya uyğun transformasiya olunan filialının açılışı olub.
Şəki şəhəri, Məmməd Əmin Rəsulzadə pr. 149 ünvanında yerləşən filialın açılışında “Azərsığorta”nın nümayəndə heyəti ilə yanaşı Şəki şəhər İcra Hakiminin müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elman İmamverdiyev də iştirak etmişdir.
Şəkidə açılan yeni filial vətəndaşlara yüksək xidmət göstərmək üçün zəruri olan bütün imkanlara sahibdir. Şəki şəhəri ilə yanaşı ətraf rayon və şəhərlərdə yaşayan əhali də bu filiala yaxınlaşaraq Şirkətin təklif etdiyi bütün növ sığorta xidmətlərindən istifadə edə biləcəklər.
Şirkətin İdarə Heyəti sədrinin müşaviri Ceyhun Qurbanlı açılış mərasimində çıxış edərək Şəki şəhərində yeni filialın açılmasının sevincini bölüşmüşdür. O, həmçinin sığorta məhsullarının və sığorta xidmətlərinin Bakı şəhərindən savayı, həm də bölgələrdə də yaşayan əhalimiz üçün əlçatan olmasının sığorta şirkətlərinin əsas məqsədi olduğunu vurğulamışdır:
“Sığorta ödənişi sığorta şirkətlərinin bir güzgüsüdür, onun fəaliyyətinin göstəricisidir. Bu, həm də sığortalıya göstərilən qayğıdır. Yenilənən şirkət olaraq məqsədimiz əhaliyə ən müasir rəqəmsal proqramlar tətbiq edərək keyfiyyətli xidmət göstərməkdir. Çünki sığorta şirkəti özü bir xidmət sahəsidir və sığorta müqaviləsi bağlandığı zaman sığortalıya vəd verir ki, hadisə baş verdikdə biz sizin yanınızda olacayıq. “Azərsığorta” Şirkəti də öz növbəsində verilən vədlərə əməl etmək üçün bölgələrdə öz filial şəbəkəsini təkmilləşdirir və əhatə dairəsini genişləndirir.”
Həmçinin açılışda iştirak edən Şəki şəhər İcra Hakiminin müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elman İmamverdiyev əhalinin sığorta savadlılığının artırılmasının önəmindən, ələlxüsus kənd təsərrüfatı sahəsində sığortanın nə dərəcədə önəmli olmasından bəhs etmişdir. Bundan savayı, Şəki şəhərinin sürətli inkişafından, qarşıya qoyulan məqsədlərdən də danışmışdır: “Şəki şəhərində bir çox yeni layihələr həyata keçirilmiş, 600-dən çox iş yeri açılmışdır və “Azərsığorta”nın filialının yenilənməsi də yerli əhalinin yeni iş imkanları ilə təmin edilməsinə səbəb olmuşdur.”
Qeyd edək ki, 21 oktyabr 1921-ci ildə Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayan “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti Cənubi Qafqazın ilk sığorta qurumu olaraq 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti olaraq yaradılıb.
2022-ci il may ayından etibarən “Azərsığorta” brendi ilə fəaliyyətini uğurla davam etdirən Şirkət 36 növdə könüllü və icbari sığorta məhsulları üzrə xidmətlər təqdim etməklə respublikada geniş filial şəbəkəsinə malikdir.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
2 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 2 gün əvvəl
-
2 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
2 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb











.jpg)










