Azərbaycanın iri holdinqinin Türkiyədə lüks otelə ortaq olacağı bildirilir
Azərbaycanda bankçılıqdan başqa sığorta, tikinti və turizm sahələrində fəaliyyət göstərən "PAŞA Holdinq"in Türkiyədə "Mandarin Oriental Hotel Bodrum"da tərəfdaş olmağa hazırlaşdığı bildirilir.
Marja xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda qeyd edilib ki, razılaşma halında "PAŞA Holdinq" "Astaş Holdinq"ə məxsus "Asta Cennetköy Turizm" şirkətinin ortağı olacaq.
"Asta Cennetköy Turizm" Bodrum Ticarət Palatasında qeydiyyatdan keçib. Şirkətin mərkəzi ofisi Gölköy məhəlləsində yerləşən ultra lüks turizm obyekti olan "Mandarin Oriental Hotel"in binası göstərilir. Buna görə qeyd olunur ki, böyük ehtimalla "PAŞA Holdinq" "Mandarin Oriental Hotel"ə şərik olacaq.
Uzaq Şərq lüks otellər şəbəkəsinin Türkiyədəki ilk oteli olan "Mandarin Oriental" 2014-cü ildə Bodrumda açılıb. "Astaş Holdinq" tərəfindən 650 milyon avro sərmayə ilə həyata keçirilən layihə Bodrumda Göltürkbükü Cennet körfəzində yerləşir.
Xəbərdə qeyd edilib ki, Türkiyədə "PAŞA Holdinq"ə məxsus "PD Turizm ve Gayrimenkul Anonim Şirketi" də fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)





