“Supermarketlərdə yenə həmin oyunlar oynanılır”
"Üzərində 90 qəpik yazılıb, kassaya gələnə qədər yolda onun qiyməti 1,10 manat olur"“Supermarketlərdə vitrində olan məhsulların qiyməti ilə kassada olan qiymətləri arasında fərqlər var. Bu proses yenidən özünü göstərməyə başlayıb”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin bu gün keçirilən birgə iclasında deputat Rüfət Quliyev bildirib.
“Ötən dəfə mənim məlum çıxışımdan sonra - həmin məhsulun adını indi çəkməyəcəm, supermarketlərdə əməlli başlı dəyişiklik baş verdi. Supermarketlərdə qiymət fərqliliyi ilə bağlı tapşırıqlar verildi və bu məsələ bir müddətlik aradan qaldırıldı. İndi mənə xəbər çatıb ki, yenə həmin oyunlar oynanılır.
Supermarketlərdə vitrindən bir butulka suyu götürürsən, üzərində 90 qəpik yazılıb. Kassaya gələnə qədər yolda onun qiyməti 1,10 AZN olur. Bilmirəm orda, yolda gömrük və ya vergi postu var? Heç nə də yoxdur ”, - deyə Rüfət Quliyev qeyd edib.
Deputat bu istiqamətdə nəzarətin gücləndirilməsini təklif edib.
Xatırladaq ki, sentyabrda Rüfət Quliyev marketlərdə qiymət fırıldaqçılığından şikayət etmişdi: “Hazırda supermarketlərdə fırıldaqçılıq baş alıb gedir. Vitrində “bakkuş”un qiyməti 1 manat 50 qəpik yazılır, kassada qiymət 1 manat 95 qəpik olur. Ay balam, bu “bakkuş” kassaya qədər yolda necə 45 qəpik artdı?! Supermarketlərdə belə hallara nəzarəti artırmaq lazımdır”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 d. əvvəl
- 4 d. əvvəl
- 7 d. əvvəl
- 8 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir




















