İqtisadi sahədə fəaliyyət göstərən media nümayəndələri üçün təlimlər davam edir
İqtisadiyyat Nazirliyi iqtisadi sahədə fəaliyyət göstərən media nümayəndələrinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Medianın İnkişafı Agentliyi ilə birgə təlimlərin keçirilməsini davam etdirir.
Agentliyin yaydığı məlumatda bildirilir ki, növbəti belə təlim Nazirliyin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “Dördüncü Sənaye İnqilabı və Rəqəmsal İqtisadiyyat” mövzusunda keçirilib.
Təlimçilər - 4SİM-in Rəqəmsal iqtisadiyyat şöbəsinin rəisi Cavid Abdullayev və Layihələrin idarəolunması şöbəsinin əməkdaşları Kənan İbrahimov və Ruslan Zeynalzadə 4SİM-in fəaliyyəti, rəqəmsallaşma və rəqəmsal iqtisadiyyat, rəqəmsal iqtisadiyyatda insan kapitalı barədə təqdimatla çıxış ediblər.
Tədbirdə mövzularla bağlı müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Media nümayəndələrinə sertifikatları İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev və Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli təqdim ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 2 saat əvvəl
-
4 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 5 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
10 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
10 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb






















