"DSMF-nin şöbə müdiri olmaq üçün 20 min manat verdim"
Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda daha bir neçə şahid dindirilib.
Şahid qismində dindirilən Fikrət Qurbanovun 44 ildir Gəncə şəhərində aptek müdiri olduğu bildirilib. O, istintaqda verdiyi ifadəsində deyib ki, Səlim Müslümovun dövründə Gəncə şəhəri Əlillərin Bərpa Mərkəzi ilə 5800 manatlıq müqavilə bağlayıb. Müqaviləyə əsasən, müəyyən dərmanların satışı həyata keçirilsə də, 5800 manatın 1400 manatı "otkat" kimi qaytarılıb.
Şahid məhkəmədə həmin ifadəsini təsdiq etməyib. Məhkəmə heyəti növbəti proseslərdən birində onun yenidən didiriləcəyini elan edib.
Digər şahid Rövşən Xəlilovun isə Gəncə və Mingəçevir şəhərlərində müharibə iştirakçıları və şəhid ailəsi üzvləri üçün evlərin alınmasında iştirak etdiyi qeyd edilib. Şahidin dediyinə görə, alqı-satqı işləri zamanı toplanmış pulları şəxsən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tikilməkdə olan Obyektlərə Nəzarət İdarəsinin rəisi Natiq Əzizova verib.
Şahid Ramil Salmanov isə əvvəllər DSMF-nin Salyan rayon şöbəsində məsləhətçi kimi işləyib. Onun sözlərinə görə, sonradan 20 min manat verərək DSMF-nin Neftçala rayon şöbəsinə müdir təyin olunub.
Digər şahid Səfayət Şıxalıyevin şirkət rəhbəri olduğu bildirilib. Onun şirkəti ilk olaraq şəhid ailəsi üzvləri və müharibə iştirakçıları üçün 24 ev tikib. Bildirilib ki, evlərin tikintisinə görə nazirlik rəsmisi Natiq Əzizova 63 min manat verilib.
Salyan və Neftçala rayonlarında tikilmiş 28 evə görə isə Natiq Əzizova 84 min manat çatdırılıb.
Proses dekabrın 5-də davam etdiriləcək.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
Səlim Müslümov cinayət işi üzrə dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
9 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
9 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
13 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb



























