Təcrübəli iş adamından restoran biznesinə dair kitablarda olmayan məsləhətlər
Müəllif: Anar Zeynalov, "T Project Catering" şirkətinin həmtəsisçisi və direktoru, Marketinq və biznesin idarə edilməsi üzrə mütəxəssis
Artıq 10 ildən çoxdur qida sektorunda biznesin idarə edilməsi ilə məşğulam. Bu illər ərzində Türk, Azərbaycan və Avropa mətbəxtinə əsaslanan müxtəlif restoranlar istifadəyə vermişik. Təcrübəmə əsaslanaraq, restoran işlətmək istəyənlərə kitablardan oxuya bilməyəcəkləri məsləhətləri verə bilərəm.
Yaxşı bir restoran necə olmalıdır?
1. Ən önəmli məsələ gigiyenadır. Restoranda gigiyena qaydalarına ciddi əməl edilməlidir.
2. Yüksək xidmət və möhtəşəm təqdimat. Türkiyəli qardaşlarımız təqdimata "sunum" deyirlər. Bəzən möhtəşəm bir sunum və xidmət yeməyin dadını üstələyir.
3. "Təqdimatımız möhtəşəmdir" fikirləşib yeməklərin dadını ikinci plana atmaq olmaz. Yeməklər də mütləq dadlı olmalıdır.
4. Məkanın atmosferinin fərqli olması. Restoran ilk öncə qidalanmaq, həm də istirahət üçün məkandır. Akustika insanı dincəltməlidir. Musiqi, rənglər, mebel, işıq və s məkanda harmoniyada olmalıdır.
Restoranın satışını artırmaq üçün 11 qızıl qayda
Restoran sektorunda yüksək rəqabət mövcuddur. Biznesi davam etdirmək üçün müştəriləri cəlb etməyə və satışları artırmağa kömək edəcək ağıllı marketinq strategiyaları hazırlanmalıdr. Bunun üçün müxtəlif satış strategiyalari var, bunlardan:
Mövcud müştərilərinizi reklamçılara çevirin. Mövcud müştəriləriniz bir nömrəli reklam daşıyıcınız ola bilər. Onları nə qədər yaxşı məmnun edə bilsəniz, sizin restoranı da bir o qədər yaxşı tərifləyəcəklər. Elə davranın ki, müştəriləriniz özlərini dəyərli hiss etsinlər.
Masaya xidmət sürətini tezləşdirin. Nə qədər daha tez xidmət göstərsəniz, bir o qədər də daha çox müştəri qəbul edib yola sala bilərsiniz. Amma bu müştərilərinizi tələsdirmək mənasına gəlmir.
Verilən sifarişlər dərhal mətbəxə göndərilməli, hazırlanmış sifarişlər dərhal qonaqlara təqdim edilməli, hesab ödənişləri gecikdirilmədən həyata keçirilməlidir. Qonaqlar gedən andan masalar təmizlənməli və yeni xidmətə hazır vəziyyətə gətirilməlidir. Sürətli və səmərəli xidmət müştərilərinizi məmnun edəcəkdir, həm də dövriyənizin artmasına səbəb olacaqdır.
Sosial mediaya reklamlar verin. Sosial media xüsusi təkliflər və ya endirimlər haqqında elanlar üçün xüsusilə faydalıdır. Heç vaxt mənfi bir rəyi gözardı etməyin! Həmişə mənfi rəyləri qəbul edin və narahatlığa görə üzr istəyin.
Xüsusi təkliflər tətbiq edin. Bayram günlərinə özəl menyular təklif edin, müştərilər çox zaman xüsusi bayram menularına maraq göstərirlər. Bir restoranın Yeni il menyusu qiymətlərini öncədən bilmək müştərinin qerarvermə prosesini asanlaşdırır.
Onlayn sifariş qəbul etməyi tətbiq edin. Bu gün bir çox insan çölə çıxıb xörəklər yeməkdənsə, evə və iş yerlərinə sifariş etməyi üstün tuturlar. Pandemiyanın baş verməsi dünyada bu proesesi daha da tezləşdirdi və təkmilləşdirdi.
Canlı musiqi təşkil etmək lazımdır. Bəzi kütlə axşam yeməyi zamanı canlı musiqini sevir. Təcrübədə gorürük ki, musiqinin təşkili satışa çox yaxşı təsir edir.
Düzgün menyu qiymətləri. Menyudakı qiymətlərə diqqətlə yanaşmaq lazımdır. Menyudakı qiymətlərə qərar verərkən, xərclərinizi, yerinizi və hədəf auditoriyanızı nəzərə almalısınız. Məsələn, tələbələr hədəf auditoriyanızdırsa qiymətləriniz nisbətən aşağı olmalıdır. Əksinə, lüks bir ərazidə xidmət göstərməyi hədəfləyirsinizsə, qiymətləri nisbətən yüksək saxlaya bilərsiniz. Qiymətləri təyin edərkən ətrafdakı digər restoranları və rəqabəti də nəzərə almalısınız. Əgər rəqibiniz oxşar xidmətlə eyni xörəyi daha aşağı qiymətə təklif edirsə, bu, satışlarınızı aşağı salacaq.
İşçilərinizlə ünsiyyət qurun. İşçilərinizdən restorana edilməli olan dəyişikliklər haqqında nə düşündüklərini soruşmaq biznesinizi idarə etmək və satışlarınızı artırmaq üçün effektli yollardan biridir. Ofisiantlar müştərilər ilə təkbətək və daimi ünsiyyətdə olduqları üçün vacib məsləhətlər verəcəklər. Həmçinin, onların rəyini soruşmaq, işçilərinizin özünü dəyərli hiss etməsinə səbəb olacaq ki, bu da bir restoran üçün çox vacibdir.
Kombo menyular hazırlayın (ən çox satılan yeməklərdən ibarət təklif). "Fast food" tipli restoranlarda kombo menyular satışın artırılmasında böyük rol oynaya bilir. Müştərilər hər məhsulun dadına baxmağı sevirlər, nə qədər çox çeşid olarsa bir o qədər də kombo menyunun sifariçisi çox olur.
Qida üzrə blogerlər dəvət edin. Blogerlərin getdikləri yerlərə getmək istəyən, onların tövsiyələrinə qulaq asan, yediklərindən, içdiklərindən dadmaq istəyən bir kütlə mövcuddur. Əllbətdə blogerin seçimləri süni və yalan olmamaldır. Yalnış məlumat həm restoranın, həm də blogerin zərərinə işləyə bilər.
Happy Hours (xoşbəxt saatlar). Restoran və kafelərin ən zəif iş saatları günortadan sonra 2-6 arasıdır. Bu vaxt aralığın nə nahar, nə də şam yeməyi vaxtıdır, bir çox insanın işdə olduğu vaxtdır. Buna gorə qeyd olunan vaxt aralığında kampaniyalar təşkil edilməlidir. Məsələn, “desert alana çay pulsuz”, “1 alana 1 pulsuz” və.s Umumiyyətlə, müştərilər pulsuz məhsulu sevirlər.
Restoran açmadan öncə nələrə fikir veriməlidir
1. Bazar araşdırması aparılmalıdır. Bəzən aparılmış bazar araşdırması səhf də ola bilər, lakin yenə də heç bazar araşdırması aparmamaqdan yaxşıdır.
2. Konsepti müəyyən etmək lazımdır. Dünyada müxtəlif konseptler mövcuddur, tez-tez menyunu dəyşmək olmaz.
3. Açılan restoran yerləşdiyi ərazinin və mühitin insanlarına uyğun olmalıdır.
4. Obiyketin yeri və restorana yararlılığı önəmlidir,
5. Restoranın açılışınadək və açılışdan sonrakı xərclərə fikir vermək lazımdır. Bəzən restoranı açırlar, amma sonrakı xərcləri nəzərə almırlar.
Doğru yerdə, doğru restoranı açmaq lazımdır. Bu iki şərt təmin olunduqdan sonra menyu hazırlanmalıdır. Menuyunu hazırlayandan sonra mətbəxi qurmaq lazımdır. Bir çox şəxs mətbəxi qurub sonra menyunu yazmaqla səhv edir.
Xərcləri - yeməyin maya dəyərini, əşyaların, aksesuarların, qab-qacaqların qiymətlərini, təmir, havalandırma və s. xərcləri öncədən bilmək lazımdır.
Restoran proqram təminatına əsaslanan sistem ilə təmin olunmalı, alınan bütün məhsullar və satış sistemə daxil edilməlidir. Bu sizə satış hesabatını əldə etməyə və anbar qalığını izləməyə kömək edəcəkdir.
Mətbəx və servis işçilərini restoran açılmamışdan xeyli öncədən tapmaq və onları menyu ilə ətraflı tanış etmək, təlimlatlandırmaq lazımdır.
Menyuda yeməklərin şəklini və tərkibini qeyd etmək lazımdır.
Bir restoranda satışın maksimum 10%-i kirayə xərcləri, 25%-i yeməklərin maya dəyəri, 25%-i işci xərcləri (əmək haqqı, vergi, məcburi sosial sığorta haqqı və s.), 15%-i elektrik, su, təsərrüfat, vergi və digər xərclər və nəhayət 25%-i qazanc olmalıdır. Əlbbətdə restoranlara və konseptlərə görə xərc rəqəmləri dəyişə bilər, amma ümumi nəticə qaydaya uyğun olmalıdır.
Əgər restoranda dünya mətbəxi yönümlü olacaqsa burger, pizza və s. hər şey olmalıdır. Kafe açılırsa korasan da, sandviç də, desertlər də olacaq, amma əsas olan qəhvənin yaxşı olmasıdır. Əgər kababxanadırsa, milli mətbəxə və manqal kabalarına üstünlük verilməlidir. Bir suşi restoranında dönər satmaq məsləhət deyil.
Sərmayə vəziyyəti çox önəmlidir, əgər 100 min manatın varsa, 150 min manatlıq restoran açmaq məsləhət deyil. Kredit alıb restoran açmaq heç məsləhət deyil, bu o deməkdir ki, biznesi işə salmadan artıq borclanırsan. Əgər 100 min manat pulun varsa 40-45 min manatlıq bir restoran açılmalıdır ki, 4-5 ay restoranı qalan öz vəsaitin ilə ayaqda saxlaya biləsən. İlk aylarda kifayət qədər satış edə bilməsən, işcilərin maaşını, icarəni və digər öhdəlikləri qarşılamaq üçün əlində müəyyən miqdarda vəsaitin olmalıdır.
Hər ölkənin, şəhərin, xalqın öz ağız dadı var. ABŞ-ın özündə belə hər ştata görə ağız dadları dəyişir. Floridada daha çox dondurma, Nyu Yorkda şirniyyat, Texasda Mexsika yeməkləri satılır. İqlim, şərait, mühit belə qida sektoruna öz təsirini göstərir. Bu məqam da diqqətdə saxlanılmalıdır.
Restoran biznesinə daxil olmaq istəyənlərə uğurlar arzu edirəm.
Müəllif haqqında: Anar Zeynalov 9 may 1988-ci ildə Naxçıvanda anadan olub. 2009-cu ildə "Qafqaz" universitetinin Beynəlxalq Əlaqələr ixtisasını bitirib. Universitetdə oxuduğu müddətdə 15-dən çox ölkədə 30-dan çox beynəlxalq təlim və konfranslarda iştirak edib. 2011-ci ildə Latviyada İqtisadiyyat və Menecment fakultəsində, Avropaşünaslıq proqramının magistr dərəcəsini bitirib. Hal-hazırda Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetində “Dövlət idarəçiliyi və İdarəetmə” ixtisası üzrə doktorantura təhsili alır. 2006-ci ildən müxtəlif təşkilatlarda və şirkətlərdə marketinq və PR işləri ilə məşğul olub. Bakıda fəaliyyət göstərən bir neçə tanınmış restoran Anar Zeynalovun rəhbərliyi ilə istifadəyə verilib.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
39 d. əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
-
1 saat əvvəl
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: İrandakı etirazları yaxından izləyirik, mümkün güclü variantları nəzərdən keçiririk
-
2 saat əvvəl
FED-in sədri Tramp administrasiyasının onu cinayət ittihamı ilə hədələdiyini bildirib
-
2 saat əvvəl
FED sədri “cinayət ittihamı aktı” ilə hədələndiyini açıqladı - “Bunlar bəhanədir”
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Bu gündən Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
FED-in sədri Tramp administrasiyasının onu cinayət ittihamı ilə hədələdiyini bildirib
Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
Ən çox oxunanlar
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb




















