Britaniya şirkəti Azərbaycanda qızıl zavoduna 2,5 milyon dollar xərcləyəcək
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti flotasiya zavodunun tutumunu iki dəfə artırmaq və əməliyyat çevikliyini yüksəltmək üçün genişləndirmə prosesinə başlayıb.
Bunu şirkətin baş icraçı direktoru Reza Vəziri deyib.
O bildirib ki, flotasiya zavodunun genişləndirilməsi mədən şirkətinə qısa və ortamüddətli perspektivdə yeni mədənlərdən, o cümlədən 2023-cü ilin ikinci yarısında hasilata başlaması nəzərdə tutulan Zəfər yatağından filiz emal etmək üçün ötürmə qabiliyyətinin artırılmasına şərait yaradacaq. Ümumilikdə zavodun genişləndirilməsi şirkətin illik 100,000 unsiya qızıl ekvivalenti qiymətli metal hasil edən orta səviyyəli mədən şirkəti olmaq hədəfinə çatmasına yardımçı olacaq.
Reza Vəziri əlavə edib ki, zavodun genişləndirilməsi "Anglo-Asian Mining"ə 2,5 milyon ABŞ dollarına başa gələcək və xərclər şirkətin daxili vəsaiti hesabına qarşılanacaq.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 19 d. əvvəl
- 22 d. əvvəl
- 24 d. əvvəl
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 29 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib















.jpg)





