Bakı otelləri kütləvi ixtisara hazırlaşır?
Azərbaycanın otel şəbəkələrində işçilərin kütləvi şəkildə ixtisar olunacağı ilə bağlı məlumat yayılıb. Bildirilir ki, ixtisarı gözlənilənlərin əksəriyyəti Bakıda yerləşən otellərdə çalışan işçilərdir.
"İxtisarlar yalnız müvəqqəti çalışan personala aid deyil, söhbət həm də daimi əməkdaşların ixtisarından gedir. İxtisar işçilərin təxminən 10-15 faizini əhatə edə bilər. Turizm mövsümünün qızğın çağında işçilərin işdən çıxarılması onların sayının çoxluğu ilə izah edilir. 2017-ci ilin əsas beynəlxalq tədbirləri – IV İslam Həmrəyliyinin Oyunları, “Formula-1” Qran-Prisi artıq geridə qalıb. Hazırki turist axını otel şəbəkələrinin kifayət qədər dolmasına imkan vermir. Buna görə də, mehmanxanalar xərclərdə qənaət etməyə məcbur qaldığından personalın ixtisarına başlayıb”.
Bakının bir çox əsas otel şəbəkələrindən məlumatı təsdiqləyən olmayıb. Otellərdən hər hansı kütləvi ixtisardan söhbət getmədiyini bildirdilər.
Hilton” oteldən verilən məlumata görə, onlarda heç bir ixtisar aparılmır: “Bunu sizdən eşidirik. Bizdə hər hansı ixtisar yoxdur”.
“Qafqaz Baku City Hotel”in əməkdaşı da hər hansı kütləvi ixtisarın olmadığını bildirdi: “Bizdə hər hansı kütləvi ixtisar yoxdur və gözlənilmir də. Ola bilər hansısa əməkdaş işdən çıxarılsın və onun yerinə yenisi gətirilsin. Amma bu hansısa maliyyə çatışmazlığı ilə, böhranla bağlı deyil”.
“Hyatt Regency” otelinin kadrlar şöbəsindən heç bir ixtisar olmadığını bildirdilər. “Four Season”, “Abşeron” otellərindən də eyni cavabı aldıq.
© Virtualaz.org
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)







.jpg)





