“Azərikard” təntənəli yubiley tədbiri keçirib
(®) “Azərikard” “25 il sizinlə” şüarı ilə təntənəli yubiley tədbiri keçirib
Tədbir 11.11.2022-ci il tarixində “Bakı Marriot Boulevard” hotelində Azərikard kollektivi, partnyor banklar, strateji tərəfdaşlar və digər qonaqların iştirakı ilə xüsusi ziyafətlə qeyd edilib.
Yubiley tədbiri Azərikard-ın yeganə səhmdarı olan Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin Sədri Abbas İbrahimovun çıxışı ilə başlayaraq, Azərikard şirkətinin Baş direktoru Fərid Quliyevin çıxışı ilə davam elədi.
Fərid Quliyev öz çıxışında 25 il ərzində şirkətin əldə etdiyi nəaliyyətlər, cari layihələr və inkişaf strategiyası haqqında məlumatlarla bölüşərək həmçinin şirkətin inkişafına dəstək verən bütün əməkdaşlara və tərəfdaşlara təşəkkürünü bildirdi.
Azərikard şirkətinin Baş direktor müavini, Baş biznes inzibatçısı Zakir Əhmədov “Azərikard” MMC-nin 2021-ci ildə yaradılmış layihələrindən biri olan “Azərikard Təmassız Texnologiyalar Alyansı” haqqında ətraflı məlumatları bölüşərək, Alyansın ilk məhsullarından olan “tezödə” ödəniş aləti barədə ətraflı məlumat verdi. Natiqin çıxışı zamanı qeyd edildi ki, “tezödə” ödəniş aləti vasitəsilə ilkin mərhələdə müvafiq xidmətlərin (həmçinin bəzi dövlət xidmətlərinin), yanacaqdoldurma mərkəzlərində ödənişlərin, habelə parkinq və kredit ödənişlərinin artıq fiziki daşıyıcı olmadan da həyata keçəcəyinin mümkün olduğunu bildirdi. Həmçinin qeyd edildi ki, xidmət artıq aktivdir və istifadəçilərin yararlanması üçün əlçatandır.
Daha sonra tədbir xüsusi dəvət olunmuş qonaqların çıxışı və ürək sözləri ilə davam etdi. Çıxışlardan sonra qala gecəsi xüsusi hazırlanmış proqrama əsasən davam etdi.
Azərikard şirkəti 25 il ərzində biznes mühitini genişləndirərək, müştəri sayını, xidmətlərin həcmini dəfələrlə artırmışdır. Azərbaycanın ilk və ən böyük prosessinq mərkəzi hazırda ölkə daxilində 15 banka xidmət göstərməkdədir.
Fəaliyyətə başladığı ilk gündən kart texnologiyaları sahəsində baş verən bütün yeniliklərə aktiv dəstəyini göstərərək, zamanın nəbzini tutan bir çox layihələrə imza atıb, eləcə də bazarda mövcud olan maliyyə alətlərinin çeşidinin artırılmasına öz dəyərli töhfəsini daim verməkdədir və qeyd edilən yeni istifadəyə verilmiş “tezödə” təmassız ödəniş aləti məhz bu istiqamətin bariz nümunəsidir.
Müasir texnologiyaların və ən son innovativ həllərin tətbiqi “Azərikard”ın fəaliyyətində prioritet istiqamətlərdən olaraq qalmaqdadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 8 d. əvvəl
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
5 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
Ən çox oxunanlar
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir







.jpg)





.jpg)



