Mitsubishi Motors-un xalis mənfəəti 3,8 dəfə artıb
Mitsubishi Motors birinci yarımillikdə xalis gəliri 556 milyon dollar artıbYaponiyanın avtomobil istehsalçısı Mitsubishi Motors sentyabrın 30-unda başa çatan 2022-2023-cü maliyyə ilinin birinci yarısında şirkətin səhmdarlarına aid olan xalis mənfəətini 3,8 dəfə artıraraq 82,7 milyard yenə (556 milyon dollar) çatdırıb.
Marja xəbər verir ki, səhm üzrə gəlir əvvəlki maliyyə ilinin eyni dövründəki 14,57 yen (0,098 dollar) ilə müqayisədə 55,6 yen (0,4 dollar) təşkil edib.
Əməliyyat mənfəəti 3,4 dəfə artaraq 84,628 milyard yen (569 milyon dollar) təşkil edib.
Şirkətin cəmi gəliri 1,3 dəfə artaraq 1,158 trilyon yenə (7,8 milyard dollar) çatıb.
Mitsubishi-nin satışları yarım il ərzində 3,6% azalaraq 426 min avtomobil təşkil edib.
Bütün 2022-2023-cü maliyyə ilinin nəticələrinə əsasən, Mitsubishi Motors, şirkətin səhmdarlarına aid edilən xalis mənfəətinin 140 milyard yen (941 milyon dollar) olacağını gözləyir. Şirkət cəmi gəlirin 1,4 dəfə artaraq 2,5 trilyon yen (17 milyard dollar) olacağını proqnozlaşdırır.
Bundan əlavə, avtomobil istehsalçısı Rusiyadakı fəaliyyəti ilə bağlı 473 milyon yen (31 milyon dollar) məbləğində zərərin olduğunu bildirir.
Mitsubishi Motors 1954-cü ildə qurulan Mitsubishi Corp.-un bir hissəsidir. Korporasiya enerji, metallurgiya, maşınqayırma və istehlak malları sektorlarında aktivlərə malikdir və 80-dən çox ölkədə fəaliyyət göstərir. Mitsubishi Corp.-un baş qərargahı Tokioda yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)








